AMB: “Açıq bankçılıq” ekosisteminə 21 bank və 2 elektron pul təşkilatı qoşulub Bank xəbərləri 14/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda “Açıq bankçılıq” ekosisteminə Azərpoçt operatoru da daxil olmaqla 21 bank qoşulub. Banker xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, “Açıq bankçılıq” sistemi iki əsas hissədən ibarətdir: məlumatı paylaşan tərəf və həmin məlumatlardan istifadə edən üçüncü tərəf təchizatçıları: “Azərbaycanda 21 bank ödəniş hesabı xidməti təchizatçıları kimi sistemə məlumat paylaşan tərəf qismində inteqrasiya olunub. Bununla yanaşı, 8 bank üçüncü tərəf təchizatçı statusunda fəaliyyət göstərir. Bunlar Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Unibank, TuranBank, Bank Respublika, Bank of Baku, Azər-Türk Bank və PAŞA Bankdır. Bu banklar öz mobil tətbiqlərinə digər 21 bankın hesablarını inteqrasiya edərək müştərilərə müxtəlif banklardakı hesablarını vahid platformadan idarə etmək imkanı yaradır. Hazırda digər banklar tərəfindən də inteqrasiya işləri aparılır və yaxın müddətdə üçüncü tərəf təchizatçı bankların sayının artacağı gözlənilir”. O həmçinin qeyd edib ki, “Açıq bankçılıq” ekosisteminə fintech şirkətlərinin qoşulması prosesi də başlayıb: Hazırda iki elektron pul təşkilatı – GoldenPay-in “Puls” tətbiqi və M-Pay “Açıq bankçılıq” sisteminə qoşulub. Elmar Didəkənan onu da deyib ki, “Açıq bankçılıq” çərçivəsində məlumatların ötürülməsi və ödəniş əməliyyatlarının icrası gücləndirilmiş təhlükəsizlik mexanizmləri ilə həyata keçirilir: “Sistemdə məlumat mübadiləsi iki faktorlu autentifikasiya və gücləndirilmiş müştəri autentifikasiyası prinsipləri əsasında aparılır. Bu mexanizm vasitəsilə istifadəçinin şəxsiyyəti təsdiqlənir və yalnız onun razılığı əsasında məlumat paylaşımı həyata keçirilir. İstifadəçi bir bankdakı hesabını digər bankın mobil tətbiqinə əlavə etmək istədikdə, sistem onu aid olduğu bankın tətbiqinə və ya identifikasiya səhifəsinə yönləndirir. Burada istifadəçi PIN-kod, biometrik məlumat və ya digər təsdiqləmə üsulları ilə identifikasiyadan keçir. Ödəniş əməliyyatları zamanı da eyni təhlükəsizlik tələbləri tətbiq olunur və hər bir tranzaksiya anında istifadəçi əlavə autentifikasiyadan keçməlidir. Bu yanaşma “Açıq bankçılıq” çərçivəsində həyata keçirilən əməliyyatların təhlükəsiz və şəffaf şəkildə icrasını təmin edir”. MənbəAPA TaglarAMB Son xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3%-ə yaxın artıb 14/05/2026 Dövlət büdcəsi Dövlət büdcəsində 3 mlrd. manat üzərində qalıq yaranıb – İlk 4 ayın hesabatı 14/05/2026 Sığorta xəbərləri “Atəşgah” Sığorta 80 346 manat Kasko sığorta ödənişi etdi! 14/05/2026 Nəqliyyat ADY: Bakı-Qəbələ qatarı Kürdəmirdə də dayanacaq 14/05/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3%-ə yaxın artıb 14/05/2026 Dövlət büdcəsi Dövlət büdcəsində 3 mlrd. manat üzərində qalıq yaranıb – İlk 4 ayın hesabatı 14/05/2026 Sığorta xəbərləri “Atəşgah” Sığorta 80 346 manat Kasko sığorta ödənişi etdi! 14/05/2026 Nəqliyyat ADY: Bakı-Qəbələ qatarı Kürdəmirdə də dayanacaq 14/05/2026