Azərbaycanda qeyri-bank təşkilatları “Açıq bankçılığ”a qoşula biləcəklər Qeyri-bank kredit təşkilatları 14/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda bank olmayan hüquqi şəxslər üçün “Açıq Bankçılıq” infrastrukturunun yaradılması və azə bir neçə qeyri-bank təşklatının həmin sistemə qoşulması planlaşdırılır. Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Yəni bir təşkilatın hansısa bir bankda hesabı varsa, internet-bankçılıq və yaxud mobil bankçılıq tətbiqi üzərindən həmin hesabları digər platformalara əlavə edə biləcək. Növbəti strateji dövrdə planımızdadır ki, hüquqi şəxslər hesabların əlavə edilməsindən əlavə, bu hesablar üzərindən hər hansı bir əməliyyatlar apara – vətəndaşlar kimi ödənişlər edə bilsinlər. İkinci əsas hədəfimiz odur ki, ekosistem iştirakçılarını artıraq. Sırf bank və fintexlər yox, digər təşkilatlar da bu sistemə qoşula bilsin. Nümunə olaraq sığortaçılar və yaxud digər hansısa böyük maliyyə imkanları olan investisiya təşkilatları siyahıda ola bilsin. Bu, daha çox “Açıq Maliyyə” (“Open Finance”) çərçivəsindədir”, – deyə o qeyd edib. AMB rəsmisinin sözlərinə görə, “Açıq bankçılıq” olmadan kartla ödəniş bir neçə instansiyadan, o cümlədən beynəlxalq kart təşkilatlarından (Visa, Mastercard) prosessinq mərkəzi) keçir və şirkətin xərci bir qədər çox olur: “Açıq Bankçılıq” çərçivəsində ödəniş olanda isə, vəsait, bir hesabdan digər hesaba köçürülür və üçüncü tərəf təşkilatlar burada iştirak eləmir. Son nəticədə ticarətçinin ekvayrinq xərci az olur. Ona görə növbəti strateji dövrdə əsas hədəflərimizdən biri də odur ki, həmin bu PIS (Payment Initiation Service) funksionallığı daha səmərəli istifadə olunsun və ticarətçilərin xərcləri bir az da aşağı salınsın”. Son xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3%-ə yaxın artıb 14/05/2026 Dövlət büdcəsi Dövlət büdcəsində 3 mlrd. manat üzərində qalıq yaranıb – İlk 4 ayın hesabatı 14/05/2026 Sığorta xəbərləri “Atəşgah” Sığorta 80 346 manat Kasko sığorta ödənişi etdi! 14/05/2026 Nəqliyyat ADY: Bakı-Qəbələ qatarı Kürdəmirdə də dayanacaq 14/05/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3%-ə yaxın artıb 14/05/2026 Dövlət büdcəsi Dövlət büdcəsində 3 mlrd. manat üzərində qalıq yaranıb – İlk 4 ayın hesabatı 14/05/2026 Sığorta xəbərləri “Atəşgah” Sığorta 80 346 manat Kasko sığorta ödənişi etdi! 14/05/2026 Nəqliyyat ADY: Bakı-Qəbələ qatarı Kürdəmirdə də dayanacaq 14/05/2026