Xarici təşkilatlar Azərbaycanda “Açıq bankçılığ”a qoşula bilərlər Bank xəbərləri 14/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Xarici təşkilatlar, o cümlədən “PayPal” tələblərə cavab verdiyi təqdirdə Azərbaycanda “Açıq bankçılığ”a qoşula bilərlər. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Hətta xarici ölkələrdə olan bank filialları da bizim tələblərimizə cavab versələr, lazımi lisenziyanı alsalar, təbii ki, “Açıq bankçılığ”a qoşula bilərlər. Bu sistemin tərkib hissəsi olan “Hesab üzrə məlumat xidməti”nə qoşulmaq üçün isə sadəcə bizdə qeydiyyatdan keçmək lazımdır. Yəni lisenziya olmasa belə qeydiyyatla bu xidməti göstərmək olar”, – deyə o qeyd edib. AMB rəsmisinin sözlərinə görə, kripto investisiya platformalarının da “Açıq bankçılığ”a qoşulması “Açıq Maliyyə” konsepsiyasına daxil olacaq. “Hazırda ölkədə kriptovalyuta ilə ödəniş yoxdur, gələcəkdə olacaq-olmayacaq hələ o barədə bir məlumat verə bilmərik. Amma “Açıq Maliyyə” ekosisteminə qoşulmaqla siz bank və elektron pul hesablarınızı həmin platformaya əlavə edib, vəsaitlərinizi müəyyən hesaba köçürə bilərsiniz və həmin hesabdan kripto hesablarına köçürtmək imkanınız ola bilər”. TaglarAçıq bankçılığ Son xəbərlər Əsas məlumatlar Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv etdi 14/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanda sənaye istehsalı 0.3 faiz artıb 14/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3%-ə yaxın artıb 14/05/2026 Dövlət büdcəsi Dövlət büdcəsində 3 mlrd. manat üzərində qalıq yaranıb – İlk 4 ayın hesabatı 14/05/2026 Digər xəbərlər Əsas məlumatlar Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv etdi 14/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanda sənaye istehsalı 0.3 faiz artıb 14/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 3%-ə yaxın artıb 14/05/2026 Dövlət büdcəsi Dövlət büdcəsində 3 mlrd. manat üzərində qalıq yaranıb – İlk 4 ayın hesabatı 14/05/2026