Financial Times: “Xpeng” avtomobil konserni “Volkswagen”in Avropadakı zavodunu alır Avto xəbərlər 14/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Çinin elektromobil istehsalçısı “XPeng” Almaniyanın “Volkswagen” şirkəti ilə Avropadakı zavodlarından birinin alınması barədə danışıqlar aparır. Bu barədə “Xpeng”in Şimal-Şərqi Avropa filialının idarəedici direktoru Elvis Çen “Financial Times”a müsahibəsində bildirib. “Biz onlarla Avropada istehsal üçün yer tapmağın mümkün olub-olmadığını müzakirə edirik”, – deyə Elvis Çen qeyd edib. Onun sözlərinə görə, “VW”nin bəzi zavodları “Xpeng” avtomobillərinin istehsalı üçün “bir qədər köhnəlib”. “Xpeng” avtomobillərini bəzən “Çinin Tesla-sı” adlandırırlar. “Volkswagen” 2023-cü ildə “Xpeng”in 5% səhmini 700 milyon dollara alıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Xpeng” avtomobillərini Avstriyada yerləşən “Magna Steyr” zavodunda istehsal edir. Çenin sözlərinə görə, oradakı istehsal artıq maksimum gücdə işləyir və şirkətə yeni istehsal gücləri lazımdır. O bildirib ki, “Xpeng” digər Avropa avtomobil istehsalçıları ilə də danışıqlar aparır və yeni zavod tikintisi imkanını nəzərdən keçirir. Son illərdə “Volkswagen” tələbin zəifləməsi, elektromobil satışlarında çətinliklər və Çin şirkətləri tərəfindən rəqabətin güclənməsi səbəbindən ciddi problemlərlə üzləşir. Şirkət müxtəlif variantları, o cümlədən zavodlarının bir hissəsinin Çin avtomobil istehsalçılarına verilməsini və ya həmin müəssisələrdə silah istehsalının yerləşdirilməsini nəzərdən keçirir. TaglarVolkswagenXpeng Son xəbərlər Bank xəbərləri Nərgiz Əliyeva: “Daxili audit sadəcə yoxlama deyil” 14/05/2026 Ölkə xarici Global Times: 2026-cı il Çin və ABŞ münasibətləri üçün mühüm mərhələ olacaq 14/05/2026 Kapital bazarı İpoteka və Kredit Zəmanət Fondu yenidən 50 mln. manatlıq borc cəlb edir 14/05/2026 Nəqliyyat Bu avtobuslarda gedişhaqqı artırıldı 14/05/2026 Digər xəbərlər Bank xəbərləri Nərgiz Əliyeva: “Daxili audit sadəcə yoxlama deyil” 14/05/2026 Ölkə xarici Global Times: 2026-cı il Çin və ABŞ münasibətləri üçün mühüm mərhələ olacaq 14/05/2026 Kapital bazarı İpoteka və Kredit Zəmanət Fondu yenidən 50 mln. manatlıq borc cəlb edir 14/05/2026 Nəqliyyat Bu avtobuslarda gedişhaqqı artırıldı 14/05/2026