Global Times: 2026-cı il Çin və ABŞ münasibətləri üçün mühüm mərhələ olacaq Ölkə xarici 14/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Cari il Çin-ABŞ münasibətlərinin inkişafı üçün düzgün yolun axtarışında mühüm tarixi mərhələ olacaq. Bu fikir Çinin “Global Times” qəzetinin redaksiya məqaləsində əks olunub. “Məlumdur ki, dövlət başçılarının diplomatiyasının strateji rəhbərliyi altında 2026-cı il yalnız Çin və ABŞ-nin qarşılıqlı hörmət, dinc birgəyaşayış və qarşılıqlı faydalı əməkdaşlığa doğru hərəkət etdiyi il deyil, həm də iki ölkənin yeni dövrdə birgə mövcudluğunun düzgün yolunun axtarışında yeni tarixi mərhələ olacaq”, – məqalə müəllifi qeyd edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məqalədə vurğulanır ki, “iki dövlət başçısının əldə etdiyi razılaşmalar tam şəkildə həyata keçirilərsə, Çin-ABŞ münasibətləri fikir ayrılıqlarını aradan qaldıraraq sabit inkişafını davam etdirə biləcək”. Çərşənbə günü ABŞ prezidenti Donald Tramp Çinə səfər edib. Səfər çərçivəsində Amerika lideri Çin sədri Si Cinpin ilə danışıqlar aparır. Gözlənilir ki, iki ölkə lideri məsləhətləşmələr zamanı ilk növbədə ikitərəfli ticarət-iqtisadi ziddiyyətlərin həllinə diqqət yetirirlər. Müzakirələr qlobal gündəliyin əsas məsələlərini də əhatə edir. ABŞ administrasiyasının rəhbəri mayın 15-dək Çində olacaq. Son xəbərlər Avto xəbərlər Financial Times: “Xpeng” avtomobil konserni “Volkswagen”in Avropadakı zavodunu alır 14/05/2026 Bank xəbərləri Nərgiz Əliyeva: “Daxili audit sadəcə yoxlama deyil” 14/05/2026 Kapital bazarı İpoteka və Kredit Zəmanət Fondu yenidən 50 mln. manatlıq borc cəlb edir 14/05/2026 Nəqliyyat Bu avtobuslarda gedişhaqqı artırıldı 14/05/2026 Digər xəbərlər Avto xəbərlər Financial Times: “Xpeng” avtomobil konserni “Volkswagen”in Avropadakı zavodunu alır 14/05/2026 Bank xəbərləri Nərgiz Əliyeva: “Daxili audit sadəcə yoxlama deyil” 14/05/2026 Kapital bazarı İpoteka və Kredit Zəmanət Fondu yenidən 50 mln. manatlıq borc cəlb edir 14/05/2026 Nəqliyyat Bu avtobuslarda gedişhaqqı artırıldı 14/05/2026