Air India 2025-26-cı maliyyə ili üçün 2,8 milyard dollar zərər açıqlayıb. Bu barədə səhmdarı Singapore Airlines (SIAL.SI) cümə axşamı illik maliyyə hesabatlarında məlumat verib. Bu, Tata Group tərəfindən 2022-ci ildə satın alındıqdan bəri ən böyük zərərdir. İllik hesabatda göstərilir ki, Air India -nın zərərləri 3,56 milyard Sinqapur dolları təşkil edib ki, bu da cari məzənnə ilə 2,8 milyard dollar deməkdir.