Mərkəzi Bank BOKT-nin lisenziyasını ləğv etdi Bank xəbərləriQeyri-bank kredit təşkilatları 14/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 25.1.1-ci maddəsinə müvafiq olaraq, “E-Kredit Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 13.05.2026-cı il tarixli Qərarı ilə “E-Kredit Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 24.07.2024-cü il tarixli, BKT-48 nömrəli müvafiq lisenziyası təşkilatın könüllü müraciəti əsasında ləğv edilib. Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istindən xəbər veirir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qanunun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir. Xatırladaq ki, “Naxçıvanbank” ASC-nin bank lisenziyası 2024-cü ildə ləğv edildikdən sonra, təşkilat adını və təşkilati-hüquqi formasını dəyişərək “E-Kredit” MMC bank olmayan kredit təşkilatına çevrildiyini elan etmişdir. Son xəbərlər İnvestisiya Çip istehsalçısı “Cerebras Systems” ABŞ-də IPO zamanı $5,55 milyard cəlb edib 14/05/2026 Ölkə daxili Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib 14/05/2026 Ölkə xarici Tramp Si Cinpini ABŞ-yə dəvət edib 14/05/2026 Əsas məlumatlar Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb- FƏRMAN 14/05/2026 Digər xəbərlər İnvestisiya Çip istehsalçısı “Cerebras Systems” ABŞ-də IPO zamanı $5,55 milyard cəlb edib 14/05/2026 Ölkə daxili Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib 14/05/2026 Ölkə xarici Tramp Si Cinpini ABŞ-yə dəvət edib 14/05/2026 Əsas məlumatlar Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb- FƏRMAN 14/05/2026