Tramp Si Cinpini ABŞ-yə dəvət edib Ölkə xarici 14/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ prezidenti Donald Tramp Çin sədri Si Cinpin və onun həyat yoldaşı Peng Liyuanı sentyabrın 24-də Vaşinqtona səfərə dəvət edib. ABŞ prezidenti ilə danışıqların yekununda Si Cinpin iki ölkə arasındakı münasibətləri “dünyada ən vacib münasibətlər” adlandırıb və onları “heç vaxt korlamamağa” çağırıb. “Mən Amerika ilə Çin xalqları arasında zəngin və möhkəm əlaqələrə tost demək istərdim. Bu, çox xüsusi münasibətdir və sizə bir daha təşəkkür etmək istəyirəm”, – deyə Tramp Pekində keçirilən rəsmi ziyafət zamanı bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Çin də, ABŞ da əməkdaşlıqdan qazanacaq, qarşıdurmadan isə uduzacaq. Ölkələrimiz rəqib deyil, tərəfdaş olmalıdır”, – Si Cinpin qeyd edib. ABŞ prezidenti mayın 13-də Çinə gəlib. Bu, onun 2017-ci ildən bəri ölkəyə ilk səfəridir. Donald Tramp və Si Cinpin danışıqlar zamanı Yaxın Şərqdəki münaqişəni və Hörmüz boğazındakı vəziyyəti də müzakirə ediblər. TaglarABŞÇinDonald TrampSi Cinpin Son xəbərlər İnvestisiya Çip istehsalçısı “Cerebras Systems” ABŞ-də IPO zamanı $5,55 milyard cəlb edib 14/05/2026 Bank xəbərləri Mərkəzi Bank BOKT-nin lisenziyasını ləğv etdi 14/05/2026 Ölkə daxili Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib 14/05/2026 Əsas məlumatlar Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb- FƏRMAN 14/05/2026 Digər xəbərlər İnvestisiya Çip istehsalçısı “Cerebras Systems” ABŞ-də IPO zamanı $5,55 milyard cəlb edib 14/05/2026 Bank xəbərləri Mərkəzi Bank BOKT-nin lisenziyasını ləğv etdi 14/05/2026 Ölkə daxili Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib 14/05/2026 Əsas məlumatlar Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb- FƏRMAN 14/05/2026