Auditorlar Palatasında struktur dəyişikliyi olub, bir neçə şöbə ləğv edilib Ölkə daxili 14/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Auditorlar Palatasında struktur dəyişikliyi aparılıb və yeni idarə yaradılıb. Bununla bağlı Palatanın sədri Vahid Novruzov əmr imzalayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Əmrə əsasən, Palatanın strukturunda birbaşa sədrə tabe olan “Xüsusi Auditlər, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, Daxili Nəzarət və Forenzik Təhlillər İdarəsi” yaradılıb. Yeni idarənin auditor xidməti göstərən subyektlər üzrə komplayns, hüquqi ekspertiza, xüsusi audit, forenzik təhlil, etik nəzarət, risk monitorinqi, peşə nəzarəti və daxili nəzarət üzrə yoxlama funksiyalarını həyata keçirəcəyi bildirilir. İdarənin fəaliyyətində xüsusi auditlər, terrorçuluğun maliyyələşdirilməsinə və çirkli pulların yuyulmasına qarşı mübarizə, hədəfli maliyyə sanksiyalarına uyğunluq, peşə etikası və hüquqi ekspertiza vahid funksional sistem kimi tətbiq olunacaq. Yeni idarənin tərkibində aşağıdakı şöbələr fəaliyyət göstərəcək: – Xüsusi Auditlər və Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsi; – Daxili Nəzarət və Komplayns şöbəsi; – Peşə Etikasının Hüquqi Təminatı və Monitorinqi şöbəsi; – Hüquqi Ekspertiza, Forenzik Təhlil və Metodoloji Təminat şöbəsi. Eyni zamanda Palatanın strukturunda mövcud olan “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə İdarəsi”, eləcə də bir sıra şöbələr ləğv edilib və onların funksiyaları yeni yaradılmış idarəyə inteqrasiya olunub. MənbəREPORT TaglarAuditorlar palatasıVahid Novruzov Son xəbərlər Kapital bazarı Bu il Azərbaycanda 2 dövlət şirkəti istiqraz emissiya edəcək 14/05/2026 Əsas məlumatlar Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər 14/05/2026 Ümumi iqtisadi xəbərlər Emal edilməmiş almazın idxalı, ixracı və izlənməsiylə bağlı dövlət nəzarəti mexanizmi yaradılır 14/05/2026 Telekommunikasiya Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir 14/05/2026 Digər xəbərlər Kapital bazarı Bu il Azərbaycanda 2 dövlət şirkəti istiqraz emissiya edəcək 14/05/2026 Əsas məlumatlar Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər 14/05/2026 Ümumi iqtisadi xəbərlər Emal edilməmiş almazın idxalı, ixracı və izlənməsiylə bağlı dövlət nəzarəti mexanizmi yaradılır 14/05/2026 Telekommunikasiya Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir 14/05/2026