Dövlət Xidməti cərimələrlə bağlı xəbərdarlıq edib: Bu yolla vətəndaşlar aldadılır Ölkə daxili 14/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Son dövrlər sosial şəbəkələrdə “cərimələrin ödənilməsi”, “cəriməyə endirim”, “borcun bağlanılması” və oxşar məzmunlarla reklam edilən bəzi internet səhifələrinin fişinq məqsədilə istifadəsi müşahidə olunur. Elektron Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, aparılan monitorinqlər zamanı ayrı-ayrı saxta internet resurslarının rəsmi dövlət platformalarını təqlid edərək istifadəçilərin bank kartı məlumatlarını və digər fərdi məlumatlarını ələ keçirməyə cəhd edildiyi müəyyənləşib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara sosial şəbəkələrdə yayılan şübhəli reklamlara etibar etməməyi, naməlum keçidlər vasitəsilə ödəniş əməliyyatları aparmamağı, kart məlumatlarını, CVV/CVC və təsdiq kodlarını üçüncü şəxslərlə paylaşmamağı, ödənişləri yalnız rəsmi və dövlət informasiya sistemləri üzərindən həyata keçirməyi, daxil olduqları internet səhifələrinin domen ünvanlarını diqqətlə yoxlamağı tövsiyə edir. Vətəndaşlara kiberdələduzluq halları ilə qarşılaşdıqda aidiyyəti qurumlara məlumat vermək məsləhət görülür. MənbəAPA TaglarcəriməElektron Təhlükəsizlik Xidməti (ETX) Son xəbərlər Ölkə daxili Azərbaycanda əcnəbilərə yaşama icazələri vəsiqələri elektron qaydada veriləcək 14/05/2026 Təhsil Azərbaycanda peşə təhsili üzrə Tədbirlər Planı təsdiqlənib, ikili diplom proqramları tətbiq ediləcək 14/05/2026 Ölkə daxili Auditorlar Palatasında struktur dəyişikliyi olub, bir neçə şöbə ləğv edilib 14/05/2026 Kapital bazarı Bu il Azərbaycanda 2 dövlət şirkəti istiqraz emissiya edəcək 14/05/2026 Digər xəbərlər Ölkə daxili Azərbaycanda əcnəbilərə yaşama icazələri vəsiqələri elektron qaydada veriləcək 14/05/2026 Təhsil Azərbaycanda peşə təhsili üzrə Tədbirlər Planı təsdiqlənib, ikili diplom proqramları tətbiq ediləcək 14/05/2026 Ölkə daxili Auditorlar Palatasında struktur dəyişikliyi olub, bir neçə şöbə ləğv edilib 14/05/2026 Kapital bazarı Bu il Azərbaycanda 2 dövlət şirkəti istiqraz emissiya edəcək 14/05/2026