Ekologiya postundan yeni yol çəkilir Nəqliyyat 14/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Xırdalan dairəsinə yaxın ərazidə, Dövlət Yol Polisi postunun yerləşdiyi istiqamətdə yeni böyük yolötürücüsünün tikintisi planlaşdırılır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə O qeyd edib ki, həmin layihə vasitəsilə nəqliyyat axınının əhəmiyyətli hissəsi Bakı–Şamaxı yoluna yönləndiriləcək: “Bu baxımdan iki iri yolötürücüsünün bir-birinə çox yaxın məsafədə yerləşdirilməsi həm texniki, həm də təhlükəsizlik baxımından uyğun hesab edilmir”. A.Rzayev vurğulayıb ki, hazırda Bakı–Sumqayıt yolunda ən ciddi problemlərdən biri Xırdalan dairəsi ətrafında müşahidə olunur: “Tunel boş olsa da, Xırdalana dönmək istəyən avtomobillər üçün ayrılmış zolaq kifayət etmədiyindən əsas hərəkət istiqaməti bağlanır. Bu problemi həll etmək üçün əlavə zolağın tikintisi nəzərdə tutulur”. Onun sözlərinə görə, Xırdalan dairəsi ilə bağlı müxtəlif həll variantları nəzərdən keçirilib: “Amma burada əsas məsələlərdən biri də vəsaitlərin səmərəli istifadəsidir. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında Xırdalan şəhərinə M4 magistralından üç alternativ girişin yaradılması nəzərdə tutulub. Yəni Bakı–Şamaxı yolu istiqamətindən yeni bağlantılar vasitəsilə şəhərə giriş təmin ediləcək və bu da M1 magistralına, Bakı–Sumqayıt yoluna, xüsusilə Xırdalan dairəsinə düşən yükü əhəmiyyətli dərəcədə azaldacaq”. MənbəREPORT TaglarAnar RzayevAzərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)Xırdalan dairəsi Son xəbərlər Nəqliyyat Taksilər avtobus zolaqlarına girəcək? – AYNA sədrindən açıqlama 14/05/2026 Nəqliyyat Anar Rzayev: “Bazar günləri parklanma pulsuzdur, ödəniş tələb edənlər barədə polisə müraciət edin” 14/05/2026 Ölkə xarici Si Cinpin Çinin İrana hərbi yardım göstərməyəcəyinə təminat verib 14/05/2026 Nəqliyyat AYNA sədri: “2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq” 14/05/2026 Digər xəbərlər Nəqliyyat Taksilər avtobus zolaqlarına girəcək? – AYNA sədrindən açıqlama 14/05/2026 Nəqliyyat Anar Rzayev: “Bazar günləri parklanma pulsuzdur, ödəniş tələb edənlər barədə polisə müraciət edin” 14/05/2026 Ölkə xarici Si Cinpin Çinin İrana hərbi yardım göstərməyəcəyinə təminat verib 14/05/2026 Nəqliyyat AYNA sədri: “2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq” 14/05/2026