Azərbaycanda peşə təhsili üzrə Tədbirlər Planı təsdiqlənib, ikili diplom proqramları tətbiq ediləcək Təhsil 14/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Sərəncama əsasən tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrində kadr hazırlığı həyata keçiriləcək peşə ixtisasları üzrə müvafiq sahəyə aid işəgötürənlərin iştirakı ilə bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyaları tərəfindən peşə və kvalifikasiya standartlarının hazırlanacaq və təsdiq ediləcək. Tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrində beynəlxalq ikili diplom proqramlarının tətbiqi nəzərdə tutulur. Həmçinin sərəncamla təhsilverənlərin (mühəndispedaqoji heyət) intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması məqsədilə davamlı peşə inkişafına xidmət edən ixtisasartırma və yenidənhazırlama təlimlərinin təşkili təmin edilməlidir. MənbəREPORT TaglarDiplomƏli ƏsədovPeşə təhsili Son xəbərlər Nəqliyyat Taksilər avtobus zolaqlarına girəcək? – AYNA sədrindən açıqlama 14/05/2026 Nəqliyyat Anar Rzayev: “Bazar günləri parklanma pulsuzdur, ödəniş tələb edənlər barədə polisə müraciət edin” 14/05/2026 Nəqliyyat Ekologiya postundan yeni yol çəkilir 14/05/2026 Ölkə xarici Si Cinpin Çinin İrana hərbi yardım göstərməyəcəyinə təminat verib 14/05/2026 Digər xəbərlər Nəqliyyat Taksilər avtobus zolaqlarına girəcək? – AYNA sədrindən açıqlama 14/05/2026 Nəqliyyat Anar Rzayev: “Bazar günləri parklanma pulsuzdur, ödəniş tələb edənlər barədə polisə müraciət edin” 14/05/2026 Nəqliyyat Ekologiya postundan yeni yol çəkilir 14/05/2026 Ölkə xarici Si Cinpin Çinin İrana hərbi yardım göstərməyəcəyinə təminat verib 14/05/2026