Prinston Universiteti süni intellektə görə 133 ildən sonra ilk dəfə imtahan qaydalarını dəyişdirir Təhsil 15/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ-ın ən qədim ali təhsil müəssisələrindən biri olan Prinston Universiteti iyulun 1-dən etibarən əyani imtahanları yalnız müəllim nəzarəti altında keçirəcək. Dəyişiklik universitetin 1893-cü ildə qəbul edilmiş Şərəf Məcəlləsinə edilir. Bu barədə universitet nəşri “The Daily Princetonian” məlumat yayıb. Yeniliyi bir nəfər istisna olmaqla bütün müəllimlər dəstəkləyib. Səsvermə süni intellektin geniş yayılması fonunda akademik dürüstlük qaydalarının pozulmasının qarşısını almaqla bağlı müzakirələrin yekunu olub. 2025-ci ildə tələbələr arasında keçirilmiş sorğuya əsasən, respondentlərin 29,9%-i imtahan zamanı köçürdüyünü etiraf edib. Tələbələrin təxminən yarısı Şərəf Məcəlləsinin pozulduğunu bildiyini, lakin bu barədə məlumat vermədiyini deyib. Yalnız 0,4% qayda pozuntusu barədə xəbər verdiyini bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İyulun 1-dən müəllimlər imtahanlarda müşahidəçi kimi iştirak edəcəklər. 1893-cü ildən bəri imtahanlar müəllim nəzarəti olmadan keçirilirdi. Sistem tələbələrin şəxsi məsuliyyətinə əsaslanırdı — onlar köçürməməyə və qayda pozuntusu barədə özlərinin məlumat verməsinə söz verirdilər. TaglarPrinston Universitetisüni intellekt Son xəbərlər Əsas məlumatlar 12 baş direktor paylaşır: süni intellektlə vaxta necə qənaət etmək və məhsuldarlığı necə artırmaq olar 15/05/2026 Nəqliyyat Ötən il boru operatorları təbii qazın nəqlindən 2.8 mlrd. manat, neftdən 1 mlrd. manat gəlir əldə ediblər 15/05/2026 İnvestisiya Cerebras-ın IPO-su qısa müddətə ilin ən iri yerləşdirməsinə çevrildi 15/05/2026 Yerli biznes xəbərləri Azərbaycanın şərab şirkətinin rəhbərliyi yenidən seçiləcək 15/05/2026 Digər xəbərlər Əsas məlumatlar 12 baş direktor paylaşır: süni intellektlə vaxta necə qənaət etmək və məhsuldarlığı necə artırmaq olar 15/05/2026 Nəqliyyat Ötən il boru operatorları təbii qazın nəqlindən 2.8 mlrd. manat, neftdən 1 mlrd. manat gəlir əldə ediblər 15/05/2026 İnvestisiya Cerebras-ın IPO-su qısa müddətə ilin ən iri yerləşdirməsinə çevrildi 15/05/2026 Yerli biznes xəbərləri Azərbaycanın şərab şirkətinin rəhbərliyi yenidən seçiləcək 15/05/2026