Yelo Bank inklüziv şəhər və qadın sahibkarlığı mövzusunda beynəlxalq tədbirə ev sahibliyi edib Bank xəbərləri 15/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Bu həftə Yelo Bank-ın Baş Ofisi Bakı Urban Həftəsinin kreativ və maraqlı dayanacaqlarından birinə çevrildi. WUF13 (Ümumdünya Urban Forumu) ərəfəsində Bank-ın dəstəyi və Resource HUB platforması ilə tərəfdaşlıq çərçivəsində “Qadınlar İnklüziv Şəhərlərin Hərəkətverici Qüvvəsi Kimi” adlı tədbir keçirilib. Bu tədbir özəl sektor nümayəndələrini, ABŞ, Almaniya, İtaliya kimi ölkələrdən beynəlxalq ekspertləri və iş dünyasının liderlərini bir araya gətirib. Tədbirin rəngarəng hissəsi olan “Qadınların İcma Bazarı” qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Yelo Bank-ın Müşahidə Şurasının sədri Marina Kulişova və Bank rəhbərliyi sərgi ilə yaxından tanış olaraq, Azərbaycanın müxtəlif regionlarından gələn sahibkar xanımların təqdim etdiyi eko-məhsullarla maraqlanıb, onların uğurlu biznes hekayələrini dinləyiblər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Günün davamında keçirilən beynəlxalq panel müzakirəsində Yelo Bank-ın Mikro biznes müştəriləri üzrə icraçı direktoru Yaşar Soltanov da çıxış edərək, maliyyə institutlarının dayanıqlı şəhər inkişafındakı rolundan bəhs edib. O, Bankın sahibkar xanımlar üçün təklif etdiyi rəqəmsal maliyyə həllərinin inklüziv ekosistemin qurulmasına verdiyi töhfələri vurğulayıb. Qadınların gücü və yaradıcı potensialı şəhərlərimizin, eləcə də cəmiyyətimizin gələcəyini formalaşdıran əsas qüvvədir. Yelo Bank hər bir xanımın öz biznes hekayəsini yazması və liderlik ambisiyalarını reallaşdırması üçün bərabər imkanlar yaratmağa davam edəcək. Qadin sahibkarlara destek krediti axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin. Yelo Bank – Parlaq bankçılıq! TaglarYelo Bank Son xəbərlər Əsas məlumatlar 12 baş direktor paylaşır: süni intellektlə vaxta necə qənaət etmək və məhsuldarlığı necə artırmaq olar 15/05/2026 Nəqliyyat Ötən il boru operatorları təbii qazın nəqlindən 2.8 mlrd. manat, neftdən 1 mlrd. manat gəlir əldə ediblər 15/05/2026 İnvestisiya Cerebras-ın IPO-su qısa müddətə ilin ən iri yerləşdirməsinə çevrildi 15/05/2026 Təhsil Prinston Universiteti süni intellektə görə 133 ildən sonra ilk dəfə imtahan qaydalarını dəyişdirir 15/05/2026 Digər xəbərlər Əsas məlumatlar 12 baş direktor paylaşır: süni intellektlə vaxta necə qənaət etmək və məhsuldarlığı necə artırmaq olar 15/05/2026 Nəqliyyat Ötən il boru operatorları təbii qazın nəqlindən 2.8 mlrd. manat, neftdən 1 mlrd. manat gəlir əldə ediblər 15/05/2026 İnvestisiya Cerebras-ın IPO-su qısa müddətə ilin ən iri yerləşdirməsinə çevrildi 15/05/2026 Təhsil Prinston Universiteti süni intellektə görə 133 ildən sonra ilk dəfə imtahan qaydalarını dəyişdirir 15/05/2026