İctimai nəqliyyatda ilk dəfə olaraq üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı Nəqliyyat 15/05/2026 Paylaş FacebookXWhatsAppTelegram AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “AzInTelecom” MMC-nin birgə həyata keçirdiyi yeni layihə ilə sərnişindaşımada daha rahat, sürətli və innovativ xidmətlərin tətbiqi istiqamətində növbəti rəqəmsal mərhələyə başlanılıb. Banker.az xəbər verir ki, 15 may 2026-cı il tarixindən etibarən Azərbaycanın ictimai nəqliyyat sahəsində ilk dəfə dəmir yollarında “SİMA Pay” – üztanıma ilə ödəniş sistemi tətbiq olunub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Üztanıma ilə ödəniş sistemindən ilkin mərhələdə Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağındakı turniketlərdən keçərkən istifadə etmək mümkündür. Növbəti mərhələdə həm Abşeron dairəvi marşrutu boyunca bütün stansiya və dayanacaqlarda, həm də ölkə üzrə dəmir yolu şəbəkəsində bu müasir xidmətin göstərilməsi planlaşdırılır. Bu innovativ addım sərnişinlərə heç bir fiziki karta və ya cihaza ehtiyac duymadan turniketlərdən sürətli və daha rahat keçid imkanı verir, səyahətin başladığı ilk saniyədən texnoloji rahatlığı hiss etdirir. Sərnişinlər “ADY Mobile” mobil tətbiqində “Üztanıma ilə keçin” bölməsinə daxil olaraq bu xidmətdən yararlana bilərlər. Dünyanın qabaqcıl ölkələrinin “Face Pay” təcrübəsinin Azərbaycanda “SİMA Pay” rəqəmsal ekosistemi və “ADY Mobile”ın virtual kartının inteqrasiyası yolu ilə tətbiqi dəmir yollarında sərnişindaşımanın təhlükəsizliyini daha da yüksəldəcək, biometrik ödənişlər riskləri minimuma endirəcək, həmçinin kartın itirilməsi və ya balansın bitməsi kimi qayğıları aradan qaldıracaq. Taglarictimai nəqliyyatilk dəfəüztanıma ilə ödəniş Son xəbərlər Bank xəbərləri Azərbaycan Mərkəzi Bankı not hərraclarının sayını 2 dəfədən çox artırıb 15/05/2026 Ölkə xarici Putin mayın 20-də Çinə səfər edəcək 15/05/2026 Yerli biznes xəbərləri 74 milyonluq şirkətə qoşulma: “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır 15/05/2026 Bank xəbərləri ABB keçən il ABŞ-nin dövlət istiqrazlarına investsiya həcmini azaldıb 15/05/2026 Digər xəbərlər Bank xəbərləri Azərbaycan Mərkəzi Bankı not hərraclarının sayını 2 dəfədən çox artırıb 15/05/2026 Ölkə xarici Putin mayın 20-də Çinə səfər edəcək 15/05/2026 Yerli biznes xəbərləri 74 milyonluq şirkətə qoşulma: “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır 15/05/2026 Bank xəbərləri ABB keçən il ABŞ-nin dövlət istiqrazlarına investsiya həcmini azaldıb 15/05/2026