Bakı Metropoliteni WUF13 günlərində gücləndirilmiş rejimdə işləyəcək Nəqliyyat 15/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-də gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Paytaxtda keçiriləcək mədəni-kütləvi tədbirlər və əməliyyat planına uyğun olaraq, sərnişin axınının təhlükəsiz və fasiləsiz idarə olunması məqsədilə qatarların hərəkət qrafikində dəyişikliklər ediləcək. Belə ki, tədbirin ilk günü – mayın 17-si qeyri-iş gününə təsadüf etsə də, qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təmin olunacaq. Həmin gün “28 May–Əhmədli” və əks istiqamətdə interval 2 dəqiqə 30 saniya təşkil edəcək. Sessiyanın digər günlərində isə qatarlar ənənəvi iş günü qrafikinə uyğun, texniki cəhətdən mümkün olan ən sıx hərəkət rejimində fəaliyyət göstərəcək. “28 May–Əhmədli” sahəsində interval 1 dəqiqə 45 saniyə olacaq. Bənövşəyi xətdə, həmçinin “Əhmədli–Həzi Aslanov” və “Cəfər Cabbarlı–Xətai” məkik hərəkət mənzillərində qrafik dəyişdirilməyəcək. Bundan əlavə, sərnişin sıxlığının operativ tənzimlənməsi məqsədilə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. Qeyd edək ki, WUF13 günlərində Bakı metropolitenində könüllülər də fəaliyyət göstərəcəklər. Ümumilikdə 56 könüllü 9 stansiyada növbəli rejimdə (07:00-15:00 və 15:00-22:00) çalışaraq sərnişinlərə, tədbir iştirakçılarına dəstək olacaq. TaglarBakı Metropoliteni Son xəbərlər Bank xəbərləri Azərbaycan Mərkəzi Bankı not hərraclarının sayını 2 dəfədən çox artırıb 15/05/2026 Nəqliyyat İctimai nəqliyyatda ilk dəfə olaraq üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı 15/05/2026 Ölkə xarici Putin mayın 20-də Çinə səfər edəcək 15/05/2026 Yerli biznes xəbərləri 74 milyonluq şirkətə qoşulma: “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır 15/05/2026 Digər xəbərlər Bank xəbərləri Azərbaycan Mərkəzi Bankı not hərraclarının sayını 2 dəfədən çox artırıb 15/05/2026 Nəqliyyat İctimai nəqliyyatda ilk dəfə olaraq üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı 15/05/2026 Ölkə xarici Putin mayın 20-də Çinə səfər edəcək 15/05/2026 Yerli biznes xəbərləri 74 milyonluq şirkətə qoşulma: “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır 15/05/2026