Əbu-Dabinin investisiya fondu ABŞ-də $13 milyardlıq LNG zavodunun tikintisini dəstəkləyib Neft və Qaz 15/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Əbu-Dabidən olan investisiya fondu “Mubadala Energy” ABŞ-nin Luiziana ştatında iri LNG terminalının tikintisi layihəsini dəstəkləyib. Layihənin ümumi dəyəri $13 milyard olaraq qiymətləndirilir. “Financial Times” qeyd edir ki, qərar “Yaxın Şərqdən tədarükün pozulması ilə bağlı narahatlıqlar fonunda ABŞ-də energetika layihələrinin inkişafının yeni dalğasını stimullaşdırdığı” üçün qəbul olunub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İllik gücü 9,5 milyon tona qədər olan “Commonwealth” LNG terminalının əsas operatoru Amerikanın enerji qrupu “Caturus”dur. Layihəyə xarici investorlar tərəfindən artıq $9,75 milyard cəlb edilib. “Mubadala Energy” ilə yanaşı, layihəni ABŞ investisiya qrupu “Kimmeridge” və Kanadanın “CPP Investments” fondu da dəstəkləyib. Son xəbərlər Menecement (təyinatlar) TABIA Group-da yeni təyinat olub 15/05/2026 Bank xəbərləri Unibank beynəlxalq fonddan 20 milyon ABŞ dolları həcmində kredit cəlb edib 15/05/2026 Ölkə daxili Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib 15/05/2026 Ölkə daxili Bu şəxslərə aylıq 1000 manatadək mükafat veriləcək 15/05/2026 Digər xəbərlər Menecement (təyinatlar) TABIA Group-da yeni təyinat olub 15/05/2026 Bank xəbərləri Unibank beynəlxalq fonddan 20 milyon ABŞ dolları həcmində kredit cəlb edib 15/05/2026 Ölkə daxili Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib 15/05/2026 Ölkə daxili Bu şəxslərə aylıq 1000 manatadək mükafat veriləcək 15/05/2026