Azərbaycanda I rübdə nəqliyyat dəhlizlərində yük daşımalar 7.5 mln ton olub – DSK NəqliyyatÜmumi iqtisadi xəbərlər 15/05/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat dəhlizlərində 7 milyon 504.0 min ton yük daşınıb. Bunun 3 milyon 407 min tonu dəmir yolu, 2 milyon 705.2 min tonu avtomobil, 1 milyon 391.8 min tonu isə dəniz nəqliyyatının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi yükdaşımaların həcmi 6 faiz azalıb. Belə ki, 2025-ci ilin ilk rübündə nəqliyyat dəhlizləri ilə 7 milyon 980.6 min ton yük daşınmışdı.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi illik müqayisədə 2.7 faiz artaraq 3863.3 min tona yüksəlib. Eyni zamanda, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə yükdaşımalar 5.7 faiz azalaraq 1853.9 min ton olub. Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 6.9 faiz azalaraq 2 milyon 265.2 min tona, Şimal-Qərb dəhlizi üzrə isə 25.5 faiz azalaraq 1 milyon 265.6 min tona düşüb. Buna qarşılıq, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 27.3 faiz artaraq 109.9 min ton təşkil edib. 2026-cı ilin ilk rübündə dəmir yolu ilə daşınan yüklərin 44.3 faizi, avtomobil nəqliyyatı ilə daşınan yüklərin 48.8 faizi, dəniz nəqliyyatı ilə daşınan yüklərin isə 89.4 faizi tranzit yüklər olub. 2025-ci ilin eyni dövründə isə nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 60.2 faizi və ya 4808.0 min tonu tranzit yüklərin payına düşmüşdü. Son xəbərlər Bank xəbərləri Rabitəbank “Garmin pay” təmassiz ödəniş həllini müştərilərin istifadəsinə verdi 15/05/2026 Ölkə xarici SEC hindistanlı milyarder Qautam Adani və onun qardaşı oğlunu $18 milyon cərimələyib 15/05/2026 Ümumi iqtisadi xəbərlər Son bir ayda dövlət sektorunda çalışanlar 1.1 min nəfər azalıb, özəldə isə 14.7 min nəfər artıb 15/05/2026 İnvestisiya Tramp birinci rübdə “Nvidia”, “Intel” və “Boeing” səhmlərinə milyonlarla dollar yatırıb 15/05/2026 Digər xəbərlər Bank xəbərləri Rabitəbank “Garmin pay” təmassiz ödəniş həllini müştərilərin istifadəsinə verdi 15/05/2026 Ölkə xarici SEC hindistanlı milyarder Qautam Adani və onun qardaşı oğlunu $18 milyon cərimələyib 15/05/2026 Ümumi iqtisadi xəbərlər Son bir ayda dövlət sektorunda çalışanlar 1.1 min nəfər azalıb, özəldə isə 14.7 min nəfər artıb 15/05/2026 İnvestisiya Tramp birinci rübdə “Nvidia”, “Intel” və “Boeing” səhmlərinə milyonlarla dollar yatırıb 15/05/2026