Magistral yol çökdü, Bakıya giriş bağlandı Nəqliyyat 15/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Bakı-Ələt magistralının Qobustan qəsəbəsindən keçən hissəsində körpüdə çökmə baş verib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hadisə Bakı istiqamətində yolun 55-ci kilometrliyində yerləşən kanal körpüsündə qeydə alınıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Körpünün bir aşırım tirinin qırılması nəticəsində ərazidə çökmə yaranıb. Hadisə yerinə dərhal agentliyin əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb. Hazırda magistralın 54-cü kilometrindən 56-cı kilometrinədək paytaxt istiqamətində hərəkət məhdudlaşdırılıb. Nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq qəsəbədaxili yan yola yönləndirilib. Əraziyə agentliyin mütəxəssisləri cəlb olunub, hadisənin başvermə səbəbləri araşdırılır, dəymiş zərər müəyyənləşdirilir. Qısa müddət ərzində bərpa işlərinə başlanılacaq”, – deyə AAYDA-dan bildirilib. MənbəMODERN.AZ TaglarAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)Bakı-Ələt yolu Son xəbərlər Kripto valyutalar 13 ildir bloklanmış bitkoin hesabını süni intellektlə açdı 15/05/2026 Ölkə xarici Si Cinpin ABŞ-yə səfər edəcək 15/05/2026 Ölkə xarici Tramp Kim Çen Inla çox yaxşı münasibətlərinin olduğunu deyib 15/05/2026 Digər xəbərlər Yeni əməkhaqqı modeli: maaşlar necə hesablanacaq? 15/05/2026 Digər xəbərlər Kripto valyutalar 13 ildir bloklanmış bitkoin hesabını süni intellektlə açdı 15/05/2026 Ölkə xarici Si Cinpin ABŞ-yə səfər edəcək 15/05/2026 Ölkə xarici Tramp Kim Çen Inla çox yaxşı münasibətlərinin olduğunu deyib 15/05/2026 Digər xəbərlər Yeni əməkhaqqı modeli: maaşlar necə hesablanacaq? 15/05/2026