Azərbaycanda pensiyalarla bağlı yenilik ediləcək Ölkə daxili 15/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması təkmilləşdiriləcək. Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, tərəflər vətəndaşların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanmasının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq istiqamətində müvafiq işlər aparılmasını zəruri hesab edirlər. Tərəflər həmçinin sığorta-pensiya sisteminin maliyyə dayanıqlılığının uzunmüddətli proqnozlar əsasında təmin edilməsi, davamlı və dinamik inkişafına nail olunması məqsədilə zəruri islahatları və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işləri davam etdirməklə də bağlı razılığa gəliblər. Bununla yanaşı, vətəndaşlara pensiya təminatı ilə bağlı göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və şəffaflığın artırılması məqsədilə innovativ həllərin tətbiqi dairəsini genişləndirilməsi hədəflər arasındadır. MənbəTREND TaglarAzərbaycan Həmkarlar İttifaqları KonfederasiyasıAzərbaycan Nazirlər KabinetiAzərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasıpensiya Son xəbərlər Ölkə xarici ÜST hantavirus ilə bağlı xəbərdarlıq etdi 15/05/2026 Avto xəbərlər “Honda” 70 il ərzində ilk dəfə olaraq illik zərərlə üzləşib 15/05/2026 Neft və Qaz Tramp Çin şirkətlərinə İran nefti almağa qoyulan sanksiyaları ləğvedə bilər 15/05/2026 Kripto valyutalar 13 ildir bloklanmış bitkoin hesabını süni intellektlə açdı 15/05/2026 Digər xəbərlər Ölkə xarici ÜST hantavirus ilə bağlı xəbərdarlıq etdi 15/05/2026 Avto xəbərlər “Honda” 70 il ərzində ilk dəfə olaraq illik zərərlə üzləşib 15/05/2026 Neft və Qaz Tramp Çin şirkətlərinə İran nefti almağa qoyulan sanksiyaları ləğvedə bilər 15/05/2026 Kripto valyutalar 13 ildir bloklanmış bitkoin hesabını süni intellektlə açdı 15/05/2026