ÜST hantavirus ilə bağlı xəbərdarlıq etdi Ölkə xarici 15/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus “MV Hondius” kruiz gəmisində başlayan hantavirus infeksiyası ilə bağlı son vəziyyəti açıqlayıb. Bu barədə TASS agentliyi məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə ÜST rəhbəri bildirib ki, virusun uzun inkubasiya dövrü ilə əlaqədar olaraq yaxın günlərdə yeni yoluxma hallarının qeydə alınması ehtimalı yüksəkdir: “Lakin bu halların xəstəliyin geniş yayılması əlaməti kimi qəbul edilməməsi çox vacibdir. Sərnişinlərin öz ölkələrinə qayıtdıqdan sonra karantinə alınması və müvafiq testlərdən keçməsi səbəbindən yaxın günlərdə daha çox yoluxma faktı aşkarlana bilər. Lakin hazırda bu, xəstəliyin sürətlə yayıldığı anlamına gəlmir”. Xatırladaq ki, hantavirusun yayılması mayın 4-də Argentinadan Kabo-Verdeyə üzən “MV Hondius” laynerində sərnişinlər arasında ağır tənəffüs xəstəliyi simptomlarının görünməsi ilə məlum olub. Son məlumatlara görə, 11 yoluxma halı qeydə alınıb, onlardan 3-ü ölümlə nəticələnib. MənbəQAFQAZİNFO TaglarhantavirusTedros Adanom QebreyesusÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) Son xəbərlər Avto xəbərlər “Honda” 70 il ərzində ilk dəfə olaraq illik zərərlə üzləşib 15/05/2026 Ölkə daxili Azərbaycanda pensiyalarla bağlı yenilik ediləcək 15/05/2026 Neft və Qaz Tramp Çin şirkətlərinə İran nefti almağa qoyulan sanksiyaları ləğvedə bilər 15/05/2026 Kripto valyutalar 13 ildir bloklanmış bitkoin hesabını süni intellektlə açdı 15/05/2026 Digər xəbərlər Avto xəbərlər “Honda” 70 il ərzində ilk dəfə olaraq illik zərərlə üzləşib 15/05/2026 Ölkə daxili Azərbaycanda pensiyalarla bağlı yenilik ediləcək 15/05/2026 Neft və Qaz Tramp Çin şirkətlərinə İran nefti almağa qoyulan sanksiyaları ləğvedə bilər 15/05/2026 Kripto valyutalar 13 ildir bloklanmış bitkoin hesabını süni intellektlə açdı 15/05/2026