Mercedes-Benz (MBGn.DE) şirkətinin baş direktoru Ola Kallenius cümə günü Wall Street Journal -a verdiyi açıqlamada, Almaniya avtomobil istehsalçısının "işgüzar məna kəsb etdiyi təqdirdə" müdafiə istehsalatına keçməyə hazır olduğunu bildirib. Kallenius nəşrə deyib: "Dünya daha qeyri-müəyyən bir yerə çevrilib və düşünürəm ki, Avropa nın müdafiə profilini artırması tamamilə aydındır. Əgər biz bu prosesdə müsbət rol oynaya bilsək, bunu etməyə hazır olarıq."