“Mercedes-Benz” müdafiə sənayesi sahəsində fəaliyyət göstərmək imkanını nəzərdən keçirir Xarici biznes xəbərləri 16/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Almaniyanın məşhur avtomobil istehsalçısı “Mercedes-Benz” müdafiə sənayesi sahəsində fəaliyyət göstərmək imkanını nəzərdən keçirir. Bu barədə şirkətin baş direktoru Ola Kallenius “The Wall Street Journal” nəşrinə müsahibəsində bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Ola Kallenius bildirib ki, hazırkı qlobal vəziyyət Avropanın müdafiə potensialının artırılmasını zəruri edir. “Dünya daha qeyri-sabit və proqnozlaşdırılması çətin hala gəlir. Avropanın müdafiə imkanlarını gücləndirməsinin vacibliyi aydındır. Əgər bu istiqamətdə töhfə verə bilsək, buna hazırıq”, – deyə o vurğulayıb. Kalleniusun sözlərinə görə, müdafiə məhsullarının istehsalı şirkətin əsas fəaliyyət istiqaməti olmayacaq və minik, eləcə də yük avtomobillərinin istehsalı ilə müqayisədə biznesdə kiçik pay tutacaq. Bundan əvvəl “Der Spiegel” yazmışdı ki, Fransa-Almaniya müdafiə şirkəti “KNDS” Berlin yaxınlığındakı Lüdviqsfelde şəhərində yerləşən “Mercedes-Benz” zavodunun alınması ilə bağlı danışıqlar aparır. MənbəTREND TaglarMercedes-BenzMüdafiə sənayesi Son xəbərlər Ölkə xarici Auto Draft 16/05/2026 Daşınmaz əmlak Paytaxtda bu evlər söküləcək 16/05/2026 Neft və Qaz Azərbaycan nefti bahalaşıb 16/05/2026 Texnologiya xəbərləri “Grok Build” adlı yeni süni intellekt agenti istifadəyə verilib 16/05/2026 Digər xəbərlər Ölkə xarici Auto Draft 16/05/2026 Daşınmaz əmlak Paytaxtda bu evlər söküləcək 16/05/2026 Neft və Qaz Azərbaycan nefti bahalaşıb 16/05/2026 Texnologiya xəbərləri “Grok Build” adlı yeni süni intellekt agenti istifadəyə verilib 16/05/2026