Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür Nəqliyyat 16/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Daxili İşlər Nazirliyinin nəqliyyat sahəsi üzrə təqdim etdiyi bir sıra xidmət və məlumatlar “mygov” platformasına inteqrasiya olunub. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Yenilik nəticəsində vətəndaşlar artıq müxtəlif platformalar arasında keçid etmədən nəqliyyat xidmətlərindən birbaşa “mygov” üzərindən yararlana biləcəklər. “mygov” platformasına inteqrasiya olunan nəqliyyat xidmətləri və məlumatı aşağıdakılardır: – Nəqliyyat vasitəsinin axtarışda və ya yüklü olub-olmaması haqqında arayış – Sürücülük vəsiqəsinin dəyişdirilməsi – Nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış – Nəqliyyat vasitəsinin texniki baxışı məlumatı Qeyd edək ki, vətəndaşlar xidmətlərə mobil tətbiqin “Xidmətlər” bölməsindəki “Nəqliyyat” kateqoriyası vasitəsilə, veb portalda isə “Daxili İşlər Nazirliyi” bölməsini seçərək keçid edə bilərlər. Eyni zamanda nəqliyyat vasitəsinin texniki baxış məlumatına pıatformanın məlumatlar bölməsində baxa bilərlər. “Nəqliyyat vasitəsinin axtarışda və ya yüklü olub-olmaması haqqında arayış” xidməti vətəndaşlara nəqliyyat vasitəsinin hüquqi statusu barədə məlumatı operativ şəkildə əldə etməyə imkan yaradır. İstifadəçilər müvafiq xidmətə daxil olaraq öz nəqliyyat vasitələri üzrə mövcud arayışları görüntüləyə, zəruri hallarda yeni müraciət formalaşdıra və sənədi rəqəmsal formada əldə edə bilirlər. “Sürücülük vəsiqəsinin dəyişdirilməsi” xidməti vasitəsilə istifadəçilər müraciət prosesini tam rəqəmsal formada həyata keçirə bilirlər. Platforma sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı məlumatların yoxlanılması, foto seçimi, qeydiyyat orqanının müəyyən edilməsi və ödəniş mərhələlərinin vahid platforma üzərindən icrasına imkan yaradır. Müraciət tamamlandıqdan sonra yeni sürücülük vəsiqəsinin hazır olması barədə istifadəçiyə məlumat təqdim olunur. “Nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış” xidməti vasitəsilə vətəndaşlar nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı müraciəti rəqəmsal qaydada formalaşdıra bilirlər. İstifadəçi hadisə ilə bağlı zəruri məlumatları daxil etdikdən sonra müraciət aidiyyəti üzrə baxılmaq üçün göndərilir və arayış hazır olduqda platforma üzərindən təqdim edilir. “Nəqliyyat vasitəsinin texniki baxışı” məlumatı isə artıq “mygov” platformasında rəqəmsal formada əlçatandır. Vətəndaşlar nəqliyyat vasitəsinə dair texniki baxış məlumatlarını platforma üzərindən baxa və istifadə edə bilərlər. MənbəAPA Taglarİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA)Mygov Son xəbərlər Ölkə daxili Sabahın havası açıqlanıb 16/05/2026 Ölkə daxili Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib 16/05/2026 Nəqliyyat Yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin nəzərinə: Ödənişdə problem yaşaya bilərsiniz 16/05/2026 Ümumi iqtisadi xəbərlər ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər 16/05/2026 Digər xəbərlər Ölkə daxili Sabahın havası açıqlanıb 16/05/2026 Ölkə daxili Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib 16/05/2026 Nəqliyyat Yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin nəzərinə: Ödənişdə problem yaşaya bilərsiniz 16/05/2026 Ümumi iqtisadi xəbərlər ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər 16/05/2026