Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub Ümumi iqtisadi xəbərlər 16/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının (QHT) II Həmrəylik Forumunda deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, ötən il TDT-yə üzv dövlətlər yüksək iqtisadi artım göstəricilərinə malik olublar: “Türk dövlətlərində iqtisadi dinamika sürətlə inkişaf edir. Ötən il həmçinin TDT ölkələrində əhalinin ümumi sayı 180 milyona çatıb. 2025-ci ildə bütün türk dünyası üzrə ümumi daxili məhsul artıq 2,1 trilyon dolları ötüb. Bu göstərici bizi dünyanın ən güclü iqtisadi potensiala malik ilk 10 iqtisadi məkan sırasına daxil edib”. İcraçı direktor dünya əhalisinin 55 faizinin şəhərlərdə yaşadığını, gələcəkdə bu statistikanın artacağını qeyd edib: “2050-ci ilə qədər bu göstərici 70 faizə qədər artacaq. Bu da o deməkdir ki, yeni şəhərlərin salınmasına ehtiyac yaranacaq”. V.Qasımlı bildirib ki, 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə qədər şəhər və qəsəbə bərpa ediləcək: “Azərbaycan şəhərsalma sahəsində müasir və inkluziv yanaşma ortaya qoyur. Bu yanaşma Qarabağ və Şərqi Zəngəzurdan da yan keçmir. Sürətlə bərpa quruculuq işləri davam etdirilir və etdiriləcək”. MənbəREPORT TaglarTürk Dövlətləri Təşkilatı (TDT)Vüsal Qasımlı Son xəbərlər Ölkə daxili Sabahın havası açıqlanıb 16/05/2026 Nəqliyyat Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür 16/05/2026 Ölkə daxili Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib 16/05/2026 Nəqliyyat Yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin nəzərinə: Ödənişdə problem yaşaya bilərsiniz 16/05/2026 Digər xəbərlər Ölkə daxili Sabahın havası açıqlanıb 16/05/2026 Nəqliyyat Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür 16/05/2026 Ölkə daxili Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib 16/05/2026 Nəqliyyat Yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin nəzərinə: Ödənişdə problem yaşaya bilərsiniz 16/05/2026