Azərbaycan mart ayında Türkiyənin ikinci ən iri qaz təchizatçısı olub Neft və Qaz 16/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan 2026-cı ilin mart ayında Türkiyənin ikinci ən böyük qaz təchizatçısı olub. Bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatında bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hesabat dövründə Türkiyə Azərbaycandan 983,17 milyon kubmetr təbii qaz idxal edib ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə 5,77 faiz azdır. Həmin dövrdə Türkiyə Rusiyadan 2,551 milyard kubmetr təbii qaz idxal edib ki, bu da əvvəlki ilin eyni dövründəki 1,791 milyard kubmetrlə müqayisədə 42,48 faiz çoxdur. Beləliklə, Rusiya Türkiyəyə aylıq qaz tədarükü həcminə görə birinci yeri tutub. ABŞ isə Türkiyəyə 976,58 milyon kubmetr təbii qaz ixrac edib. Halbuki ötən ilin müvafiq dövründə bu göstərici 1,556 milyard kubmetr təşkil etmişdi. Ümumilikdə, Türkiyənin 2026-cı ilin fevral ayında təbii qaz idxalı təxminən 6,272 milyard kubmetr olub ki, bu da əvvəlki ilin eyni dövründəki təxminən 5,998 milyard kubmetrlə müqayisədə 4,57 faiz azalma deməkdir. Boru kəməri ilə qaz idxalı 28,29 faiz artaraq 4,358 milyard kubmetr təşkil edib, mayeləşdirilmiş təbii qazın idxalı isə 26,41 faiz azalaraq 1,914 milyard kubmetrə enib. MənbəTREND TaglarAzərbaycan-Türkiyəqaz Son xəbərlər Daşınmaz əmlak Rayonlarda torpaq bahalaşır 16/05/2026 Ölkə daxili Sabahın havası açıqlanıb 16/05/2026 Nəqliyyat Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür 16/05/2026 Ölkə daxili Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib 16/05/2026 Digər xəbərlər Daşınmaz əmlak Rayonlarda torpaq bahalaşır 16/05/2026 Ölkə daxili Sabahın havası açıqlanıb 16/05/2026 Nəqliyyat Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür 16/05/2026 Ölkə daxili Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib 16/05/2026