Rayonlarda torpaq bahalaşır Daşınmaz əmlak 16/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Lənkəran şəhərində son iki il ərzində torpaq sahələrinin qiymətlərində artım qeydə alınır. Bahalaşma əsasən torpaqların yerləşdiyi ərazilərə görə dəyişir. Torpaq alqı-satqısı ilə məşğul olan şəxslər deyirlər ki, rayonda satış üçün əlverişli torpaq sahələri o qədər də çox deyil. Satışa çıxarılan torpaqların əksəriyyəti isə sakinlərin öz həyətlərindən ayıraraq satışa təqdim etdikləri 2-3 sotluq sahələrdir:⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Lənkəranda torpaq sahəsi almaq istəyən şəxslər əsasən şəhərətrafı ərazilərə və rayona yaxın kəndlərə üstünlük verirlər. Ən yüksək qiymətə təklif olunan torpaqlar isə dənizə yaxın yerləşən sahələrdir. Şəkidə də son illərdə torpaq sahələrinin qiymətləri artıb. Buna səbəb kimi infrastrukturun yaxşılaşması, Bakı istiqamətində yolların təmiri və bölgəyə gələn turistlərin sayının artması göstərilir. Şəkidə torpaq sahələrinin ən aşağı qiymətləri şəhərin yeni salınan məhəllələrində müşahidə olunur. Bu ərazilərdə hələ də qaz xətti mövcud deyil. Ən yüksək qiymətlər isə “Dodu” və “Soyuq Bulaq” məhəllələrində qeydə alınır. Burada turizm obyektlərinin çoxluğu qiymətlərə birbaşa təsir göstərir. MənbəXezerxeber.az TaglarLənkəranŞəkitorpaq Son xəbərlər Neft və Qaz Azərbaycan mart ayında Türkiyənin ikinci ən iri qaz təchizatçısı olub 16/05/2026 Ölkə daxili Sabahın havası açıqlanıb 16/05/2026 Nəqliyyat Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür 16/05/2026 Ölkə daxili Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib 16/05/2026 Digər xəbərlər Neft və Qaz Azərbaycan mart ayında Türkiyənin ikinci ən iri qaz təchizatçısı olub 16/05/2026 Ölkə daxili Sabahın havası açıqlanıb 16/05/2026 Nəqliyyat Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür 16/05/2026 Ölkə daxili Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib 16/05/2026