Azərbaycan Xəzərdə külək enerjisi potensialının tədqiqinə başlayıb Energetika 16/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “EOLOS Floating LiDAR Solutions” şirkəti Xəzər dənizində “Azerbaijan Green Energy Company” (AGEC) şirkətinin dəniz külək enerjisinin işlənməsi sahəsində FLS200 modelli inteqrasiya olunmuş üzən LiDAR dəniz nişanını (buy) istismara verib. Bu kampaniya həmin regionda dəniz külək zonalarının qiymətləndirilməsi üzrə öz növündə ilk təşəbbüs olub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edək ki, EOLOS şirkəti 2026-cı ilin yanvarında dəniz obyektində ölçmə kampaniyasının kompleks şəkildə həyata keçirilməsi üzrə tenderdə müqavilə qazanıb. EOLOS-un məlumatına görə, “OWC” şirkəti (“ABL Group”a daxildir) işlərin həcmi və satınalma prosesi üzrə texniki məsləhətçi qismində çıxış edib. Kampaniyanın bir il davam edəcəyi gözlənilir. Onun məqsədi turbinlərin və bünövrə növlərinin seçilməsi üçün zəruri olan investisiya sinfinə (bank səviyyəsinə) aid məlumat massivlərini təqdim etməkdir. Xatırladaq ki, müqavilə AGEC ilə Azərbaycanın Energetika Nazirliyi arasında Xəzər dənizində ilkin tədqiqatların və hazırlıq işlərinin aparılmasına dair saziş çərçivəsində bağlanıb. 2025-ci ilin dekabrında məlumat verilmişdi ki, Energetika Nazirliyi AGEC-in törəmə strukturu olan “Clean Energy Capital” şirkəti ilə ilkin gücü 200 MVt və ümumi gücü 600 MVt olan dəniz külək enerjisi sahəsində layihənin qiymətləndirilməsi, işlənməsi və həyata keçirilməsi haqqında saziş bağlayıb. Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal daha əvvəl bildirib ki, ölkə dəniz (ofşor) külək enerjisi infrastrukturunun formalaşdırılmasına dəstək göstərilməsi üçün ADB sorğu göndərib. Öz növbəsində, “Acwa” şirkətinin Mərkəzi Asiya üzrə regional prezidenti Abid Malik vurğulayıb ki, şirkət Azərbaycanda bu cür layihələrin texniki-iqtisadi əsaslandırılmasının qiymətləndirilməsində iştirak etmək niyyətindədir. Qeyd edək ki, Azərbaycan 2030-cu ilə qədər enerji balansında bərpa olunan enerji mənbələrinin payını 38 %-ə çatdırmağı hədəfləyir. Bunun üçün hazırda 8 QVt gücündə bərpa olunan enerji mənbələri layihələri həyata keçirilir. MənbəREPORT TaglarEOLOS Floating LiDAR Solutionskülək enerjisiXəzər dənizi Son xəbərlər Karyera Azərbaycanda sosial məzuniyyətlə bağlı yenilik 16/05/2026 Təhsil Müəllimlərin sertifikasiya imtahanının vaxtı açıqlanıb 16/05/2026 Ölkə xarici Çin və ABŞ bir sıra mallara tətbiq edilən rüsumları azaltmaq barədə razılığa gəliblər 16/05/2026 Nəqliyyat AZAL-ın Naxçıvana uçuşları ləğv olunub 16/05/2026 Digər xəbərlər Karyera Azərbaycanda sosial məzuniyyətlə bağlı yenilik 16/05/2026 Təhsil Müəllimlərin sertifikasiya imtahanının vaxtı açıqlanıb 16/05/2026 Ölkə xarici Çin və ABŞ bir sıra mallara tətbiq edilən rüsumları azaltmaq barədə razılığa gəliblər 16/05/2026 Nəqliyyat AZAL-ın Naxçıvana uçuşları ləğv olunub 16/05/2026