ABŞ İran qarşısında 5 şərt irəli sürüb Ölkə xarici 17/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ Tehranla nizamlanma prosesinin davam etməsi üçün İrana beş əsas şərt irəli sürüb. Bu barədə İranın “Fars News Agency” agentliyi məlumat yayıb. Məlumata görə, Vaşinqton İranın tələblərinə cavab olaraq öz şərtlər paketini təqdim edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Xəbərdə bildirilir ki, ABŞ İrana kompensasiya ödəmək niyyətində deyil. Şərtlər belədir: 1. İran ərazisinin bombardmanı zamanı vurulan ziyana görə hər hansı kompensasiyanın ödənilməsindən imtina edilir. 2. 400 kiloqram zənginləşdirilmiş uranın İrandan ABŞ-a çıxarılmalıdır. 3. İslam Respublikası ərazisində yalnız bir fəaliyyət göstərən nüvə obyekti saxlanılacaq. 4. ABŞ İranın dondurulmuş vəsaitlərinin 25 faizindən çoxunu azad etmək niyyətində deyil. 5. Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması məsələsi danışıqlar zamanı həll edilməlidir. Bəzi digər mənbələr isə İranın ABŞ qarşısında öz tələblərini irəli sürdüyünü yazır. Həmin şərtlər arasında sanksiyaların ləğvi, dondurulmuş aktivlərin açılması, müharibənin dayandırılması və Hörmüz boğazı üzərində İranın suverenliyinin tanınması kimi bəndlərin olduğu bildirilir. MənbəAPA TaglarABŞ-İran Son xəbərlər Ölkə daxili Yaponiyanın zəlzələyə dayanıqlı tikinti texnologiyaları Azərbaycanda tətbiq edilə bilər 17/05/2026 Ölkə daxili Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəlib 17/05/2026 Ölkə daxili İrakli Kobaxidze sabah Azərbaycana gələcək 17/05/2026 Ümumi iqtisadi xəbərlər Nazir müavini: Hesablamalara görə, 2050-ci ilə qədər dünyadakı gənclərin əksəriyyəti şəhər ərazilərində yaşayacaq 17/05/2026 Digər xəbərlər Ölkə daxili Yaponiyanın zəlzələyə dayanıqlı tikinti texnologiyaları Azərbaycanda tətbiq edilə bilər 17/05/2026 Ölkə daxili Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəlib 17/05/2026 Ölkə daxili İrakli Kobaxidze sabah Azərbaycana gələcək 17/05/2026 Ümumi iqtisadi xəbərlər Nazir müavini: Hesablamalara görə, 2050-ci ilə qədər dünyadakı gənclərin əksəriyyəti şəhər ərazilərində yaşayacaq 17/05/2026