Nazir müavini: Hesablamalara görə, 2050-ci ilə qədər dünyadakı gənclərin əksəriyyəti şəhər ərazilərində yaşayacaq Ümumi iqtisadi xəbərlər 17/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda gənclər inkişaf prosesinin sadəcə müşahidəçiləri kimi deyil, onun formalaşmasında tərəfdaş kimi görülür. Bunu gənclər və idman nazirinin müavini Fərhad Hacıyev WUF13 çərçivəsində baş tutan “Uşaqlar və Gənclər Assemblyası”nda deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, gələcək nəsillərə miras qoyulan şəhərlərin necə qurulması önəmli müzakirə mövzusudur: “Bundan daha vacibi gənclər bizim qurduğumuz şəhərləri qəbul edəcəklər, yoxsa onların formalaşmasında fəal iştirak edəcəklər? Şəhərlərin gələcəyi yalnız konfrans otaqlarında həll olunmayacaq. Bu gələcəyi həm də hazırda şəhərlərdə böyüyən nəsillər müəyyən edəcək”. Nazir müavini deyib ki, hesablamalara görə, 2050-ci ilə qədər dünyadakı gənclərin əksəriyyəti şəhər ərazilərində yaşayacaq: “Bu isə o deməkdir ki, bu gün qəbul etdiyimiz qərarlar yalnız şəhərlərin görünüşünü və infrastrukturunu deyil, milyonlarla insanın gündəlik həyat reallığını da formalaşdıracaq”. Fərhad Hacıyev qeyd edib ki, dayanıqlı şəhərlər yalnız beton, texnologiya və ya infrastrukturla qurulmur: “Azərbaycan dayanıqlı urbanizasiya haqqında danışarkən sözlərini əməli addımlarla təsdiqləyir. Milli mənzil təşəbbüslərimiz çərçivəsində əlçatan mənzil layihələrinin benefisiarlarının 55 %-dən çoxunu 35 yaşdan aşağı gənclər təşkil edir”. Nazir müavini Qarabağ və Şərqi Zəngəzurda görülən işlərə toxunaraq qeyd edib ki, Azərbaycan həmin yerləri sadəcə yenidən qurmur: “Yenidənqurma yalnız yolların və binaların bərpası demək deyil. Bu, etimadın, imkanların və gündəlik həyatın yenidən qurulmasıdır. Bu gün Azərbaycan post-münaqişə bölgələrində doqquz yeni şəhər və yüzlərlə yaşayış məntəqəsi inşa edir. Bunun arxasında duran inam isə budur ki, hər bir icma yalnız bərpa olunmağa deyil, inkişaf etməyə də layiqdir. Biz yaşıl enerji, rəqəmsal innovasiya və insan mərkəzli şəhərsalma vasitələrinə üstünlük veririk”. MənbəREPORT TaglarDünya əhalisiFərhad Hacıyev Son xəbərlər Ölkə daxili Yaponiyanın zəlzələyə dayanıqlı tikinti texnologiyaları Azərbaycanda tətbiq edilə bilər 17/05/2026 Ölkə daxili Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəlib 17/05/2026 Ölkə xarici ABŞ İran qarşısında 5 şərt irəli sürüb 17/05/2026 Ölkə daxili İrakli Kobaxidze sabah Azərbaycana gələcək 17/05/2026 Digər xəbərlər Ölkə daxili Yaponiyanın zəlzələyə dayanıqlı tikinti texnologiyaları Azərbaycanda tətbiq edilə bilər 17/05/2026 Ölkə daxili Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəlib 17/05/2026 Ölkə xarici ABŞ İran qarşısında 5 şərt irəli sürüb 17/05/2026 Ölkə daxili İrakli Kobaxidze sabah Azərbaycana gələcək 17/05/2026