AZAL: Naxçıvan Beynəlxalq Hava Limanı ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir – Video Nəqliyyat 17/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Azərbaycan Hava Yolları (AZAL) bildirir ki, sosial şəbəkələrdə yayılan və Naxçıvan Beynəlxalq Hava Limanında hazırkı vəziyyəti əks etdirdiyi iddia olunan köhnə görüntülər həqiqəti əks etdirmir. “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib ki, hazırda Naxçıvan istiqamətində uçuşlar əvvəlki qaydada həyata keçirilir, hava limanında əməliyyat vəziyyəti stabildir və sərnişinlərə xidmət ştat rejimdə davam edir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Son günlər müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən bəzi reyslərdə dəyişikliklər baş versə də, bütün qərarlar uçuş təhlükəsizliyi prioritet götürülərək qəbul olunub. Azərbaycanın milli aviadaşıyıcısı yalnız rəsmi mənbələr tərəfindən yayılan məlumatlara istinad olunmasını tövsiyə edir. https://banker.az/wp-content/uploads/2026/05/WhatsApp-Video-2026-05-17-at-12.38.10.mp4 TaglarAzərbaycan Hava YollarıNaxçıvan Beynəlxalq Hava Limanı Son xəbərlər Ölkə daxili Yaponiyanın zəlzələyə dayanıqlı tikinti texnologiyaları Azərbaycanda tətbiq edilə bilər 17/05/2026 Ölkə daxili Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəlib 17/05/2026 Ölkə xarici ABŞ İran qarşısında 5 şərt irəli sürüb 17/05/2026 Ölkə daxili İrakli Kobaxidze sabah Azərbaycana gələcək 17/05/2026 Digər xəbərlər Ölkə daxili Yaponiyanın zəlzələyə dayanıqlı tikinti texnologiyaları Azərbaycanda tətbiq edilə bilər 17/05/2026 Ölkə daxili Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəlib 17/05/2026 Ölkə xarici ABŞ İran qarşısında 5 şərt irəli sürüb 17/05/2026 Ölkə daxili İrakli Kobaxidze sabah Azərbaycana gələcək 17/05/2026