Ov qadağası balıq bazarına necə təsir edir? Aqrarbiznes 17/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Bir tərəfdən ölkədə balıq ovu qadağandır, digər tərəfdən də İrandan gələn məhsulun həcmində ciddi azalma var. Bəs belə bir vəziyyətdə bazardakı tələbat necə ödənilir?⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Satıcılar bildirirlər ki, hazırda alıcılara təklif olunan balıqlar əsasən yerli süni göllərdən və xarici ölkələrdən gətirilir. Bazarda xarici balıqların qiymət baxımından daha sərfəli olması alıcıların da seçiminə təsir edir. Bu səbəbdən də Rusiya və Türkiyədən gətirilən spesifik balıq növləri piştaxtalarda xüsusilə üstünlüyə malikdir. Mütəxəssislər də idxalda liderlik edən ölkələrin artıq dəyişdiyini təsdiqləyirlər. Əvvəllər İran və Rusiya məhsulları bazarda əsas paya sahib idisə, hazırda Türkiyədən gətirilənlər önə çıxıb. Eyni zamanda, daxili bazardakı boşluğu doldurmaqda yerli balıqçılıq təsərrüfatlarının da rolu böyükdür. Beləliklə, ov qadağası daxili bazarda balıq qıtlığına səbəb olmayıb. Yerli təsərrüfatlar və qonşu ölkələrdən gələn idxal məhsulları sayəsində bazarda tarazlıq qorunur. MənbəXezerxeber.az Taglarbalıq bazarıov qadağası Son xəbərlər Ölkə daxili Yaponiyanın zəlzələyə dayanıqlı tikinti texnologiyaları Azərbaycanda tətbiq edilə bilər 17/05/2026 Ölkə daxili Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəlib 17/05/2026 Ölkə xarici ABŞ İran qarşısında 5 şərt irəli sürüb 17/05/2026 Ölkə daxili İrakli Kobaxidze sabah Azərbaycana gələcək 17/05/2026 Digər xəbərlər Ölkə daxili Yaponiyanın zəlzələyə dayanıqlı tikinti texnologiyaları Azərbaycanda tətbiq edilə bilər 17/05/2026 Ölkə daxili Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəlib 17/05/2026 Ölkə xarici ABŞ İran qarşısında 5 şərt irəli sürüb 17/05/2026 Ölkə daxili İrakli Kobaxidze sabah Azərbaycana gələcək 17/05/2026