Yaponiyanın zəlzələyə dayanıqlı tikinti texnologiyaları Azərbaycanda tətbiq edilə bilər Ölkə daxili 17/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə ekspert platformalarının formalaşdırılması perspektivi tamamilə realdır. Bunu Yaponiyanın torpaq resursları, infrastruktur, nəqliyyat və turizm nazirinin müşaviri Şiomi Hideyuki Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Bildiyiniz kimi, Yaponiya seysmik təhlükəsizlik sahəsindəki sərt normaları ilə məşhurdur. Bu baxımdan, Yaponiyanın qabaqcıl zəlzələyə dayanıqlı tikinti texnologiyalarının tətbiqi məqsədilə Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə ekspert platformalarının təşkili, eləcə də bilik mübadiləsi perspektivi açılır. Azərbaycan hökumətindən müvafiq təşəbbüs daxil olarsa, biz mütləq bu istiqamətdə işə başlayacağıq”, – o vurğulayıb. Müşavir həmçinin qeyd edib ki, Yaponiya vaxtilə əhalinin sayının sürətli artımına əvvəlcədən hazırlaşaraq şəhər planlaşdırması sistemini qurub və infrastrukturu mərhələli şəkildə inkişaf etdirib. “Əminəm ki, bu yanaşmalar böyük ehtimalla şəhərlərinizin perspektiv inkişafı və abadlaşdırılması üçün faydalı olacaq. Biz qarşılıqlı faydalı əməkdaşlığa səmimi qəlbdən şad olarıq”, – Ş. Hideyuki əlavə edib. MənbəREPORT TaglarAzərbaycan-Yaponiyazəlzələ Son xəbərlər Nəqliyyat Metronun “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında yeni keçid nə vaxt açılacaq? 17/05/2026 Ölkə daxili Prezident BƏƏ-nin energetika və infrastruktur nazirini qəbul edib 17/05/2026 Ölkə daxili Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəlib 17/05/2026 Ölkə xarici ABŞ İran qarşısında 5 şərt irəli sürüb 17/05/2026 Digər xəbərlər Nəqliyyat Metronun “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında yeni keçid nə vaxt açılacaq? 17/05/2026 Ölkə daxili Prezident BƏƏ-nin energetika və infrastruktur nazirini qəbul edib 17/05/2026 Ölkə daxili Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəlib 17/05/2026 Ölkə xarici ABŞ İran qarşısında 5 şərt irəli sürüb 17/05/2026