İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb Ölkə daxili 17/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb. Ali qonaq bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünü və görüş əsnasında aparılmış müzakirələri məmnunluqla xatırladı.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bolqarıstan Prezidenti hazırda dünyada müharibələrin və münaqişələrin olduğu bir şəraitdə aktual mövzuya həsr olunmuş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsini böyük hadisə kimi qiymətləndirildi. Vurğuladı ki, Bolqarıstan bu tədbirdə dövlət başçısı, eyni zamanda, bu ölkənin 10-dan artıq müxtəlif bələdiyyələrinin rəhbərləri, həmçinin Şuşa şəhəri ilə qardaşlaşmış Veliko Tırnovo şəhərinin meri səviyyəsində təmsil olunur. Qonaq Ümumdünya Şəhərsalma Forumunun sessiyasının dünyada bu sahə ilə bağlı aktual mövzuların müzakirə edildiyi mühüm platforma olduğunu deyərək, tədbirin ölkəmizdə təşkil edilməsi münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi. Prezident İliyana Yotova Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı, bu xüsusda “Həmrəylik Halqası” layihəsinin önəmini qeyd etdi. Mədəni və humanitar əlaqələrə toxunan Bolqarıstan Prezidenti Azərbaycanda bolqar dilinin tədrisini yüksək qiymətləndirdi. O, həmçinin Heydər Əliyev Fondunun Bolqarıstanda həyata keçirdiyi humanitar layihələri, Veliko Tırnovo ilə Şuşa şəhərinin qardaşlaşmasını və bu xüsusda orada Şuşa parkının salındığını qeyd etdi. İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirdi. Söhbət zaman ölkələrimiz arasında səmərəli əməkdaşlığın qarşılıqlı hörmət və etimad əsasında möhkəmləndiyi vurğulandı, enerji, həmçinin elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əlaqələrin perspektivləri müzakirə olundu. Azərbaycanla Bolqarıstanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına toxunuldu. Dövlət başçıları ikitərəfli gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi apardılar. TaglarAzərbaycan-Bolqarıstanİlham Əliyevİliyana Yotova Son xəbərlər Neft və Qaz Slovakiya Azərbaycanla qaz tədarükü üzrə azı 10 illik müqavilə bağlamaq istəyir 17/05/2026 Ölkə daxili Sadır Japarov Azərbaycanda səfərdədir 17/05/2026 Aliyə Nuruyeva Hörmüz boğazı niyə vacibdir və ona hər hansı bir alternativ var mı? 17/05/2026 Ölkə daxili İlham Əliyev və Aleksandar Vuçiç arasında görüş olub 17/05/2026 Digər xəbərlər Neft və Qaz Slovakiya Azərbaycanla qaz tədarükü üzrə azı 10 illik müqavilə bağlamaq istəyir 17/05/2026 Ölkə daxili Sadır Japarov Azərbaycanda səfərdədir 17/05/2026 Aliyə Nuruyeva Hörmüz boğazı niyə vacibdir və ona hər hansı bir alternativ var mı? 17/05/2026 Ölkə daxili İlham Əliyev və Aleksandar Vuçiç arasında görüş olub 17/05/2026