İlham Əliyev və Aleksandar Vuçiç arasında görüş olub Ölkə daxili 17/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə görüşüb. Aleksandar Vuçiç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının əhəmiyyətini vurğulayaraq, bu tədbirin Bakıda keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi. Söhbət zamanı Azərbaycan Prezidentinin bu ilin fevralında Serbiyaya rəsmi səfəri məmnunluqla xatırlandı, bu səfər zamanı müzakirə olunmuş məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığı vurğulandı. Dövlət başçılarının səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi işində önəminə toxunuldu. Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu bildirilərək, iqtisadi, enerji, investisiyalar, birgə layihələrin icrası və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı imkanların mövcudluğu qeyd edildi. Görüşdə xalqlarımızın yaxınlaşdırılması və turizm potensialımızın möhkəmləndirilməsi baxımından Serbiyanın “Airserbia” şirkətinin Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməsinin əhəmiyyətinə toxunuldu. Dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar. TaglarAleksandar VuçiçAzərbaycan-Serbiyaİlham Əliyev Son xəbərlər Neft və Qaz Slovakiya Azərbaycanla qaz tədarükü üzrə azı 10 illik müqavilə bağlamaq istəyir 17/05/2026 Ölkə daxili Sadır Japarov Azərbaycanda səfərdədir 17/05/2026 Ölkə daxili İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb 17/05/2026 Aliyə Nuruyeva Hörmüz boğazı niyə vacibdir və ona hər hansı bir alternativ var mı? 17/05/2026 Digər xəbərlər Neft və Qaz Slovakiya Azərbaycanla qaz tədarükü üzrə azı 10 illik müqavilə bağlamaq istəyir 17/05/2026 Ölkə daxili Sadır Japarov Azərbaycanda səfərdədir 17/05/2026 Ölkə daxili İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb 17/05/2026 Aliyə Nuruyeva Hörmüz boğazı niyə vacibdir və ona hər hansı bir alternativ var mı? 17/05/2026