Metronun “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında yeni keçid nə vaxt açılacaq? Nəqliyyat 17/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Sərnişinlər metronun “28 May” stansiyasının giriş qapısında gözləmədən birbaşa platformaya daha qısa müddətdə daxil ola biləcəklər. “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında inşa olunan yeni keçid eyni zamanda platformada əlavə sıxlığın yaranmasının qarşısı alınacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bəs hazırda işlər hansı mərhələdədir? “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir pilləkənin inşası işləri sürətlə davam edir. Təxminən 1 ay müddətində xətlərin ayrılması işlərinə başlanılacaq. Bildirilib ki, layihə üzrə xətlərin ayrılması başa çatdıqdan sonra isə qatarların “Dərnəgül” stansiyasından “Xətai” stansiyasına qədər hərəkəti təmin ediləcək. Sərnişinlər bir xətdən digər xəttə keçmək üçün “Cəfər Cabbarlı” stansiyasından istifadə etməli olacaqlar. “Həzi Aslanov” – “İçərişəhər” xətti üzrə qatarların hərəkəti əvvəllər olduğu kimi təşkil olunacaq: Eyni zamanda piyada pilləkənlərinin qurulmasına da başlanılıb. Son mərhələdə isə divar və döşəmə üzlüklərinin vurulması təmin olunacaq. Bu işlərin iyul ayının sonuna qədər başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulub. MənbəXezerxeber.az Taglar28 May stansiyasıBakı Metropoliteni QSCBəxtiyar MəmmədovCəfər Cabbarlı stansiyası Son xəbərlər Neft və Qaz Slovakiya Azərbaycanla qaz tədarükü üzrə azı 10 illik müqavilə bağlamaq istəyir 17/05/2026 Ölkə daxili Sadır Japarov Azərbaycanda səfərdədir 17/05/2026 Ölkə daxili İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb 17/05/2026 Aliyə Nuruyeva Hörmüz boğazı niyə vacibdir və ona hər hansı bir alternativ var mı? 17/05/2026 Digər xəbərlər Neft və Qaz Slovakiya Azərbaycanla qaz tədarükü üzrə azı 10 illik müqavilə bağlamaq istəyir 17/05/2026 Ölkə daxili Sadır Japarov Azərbaycanda səfərdədir 17/05/2026 Ölkə daxili İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb 17/05/2026 Aliyə Nuruyeva Hörmüz boğazı niyə vacibdir və ona hər hansı bir alternativ var mı? 17/05/2026