Dənizə yaxın bağ evlərinin kirayəsi neçəyədir? – VİDEO Ölkə daxili 18/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Bakıətrafı qəsəbələrdə kirayə verilən bəzi bağ evlərinin aylıq qiyməti 40 min manata çatır. Banker xəbər verir ki, söhbət əsasən dənizə yaxın, hovuzlu, geniş həyətli və yüksək şəraitli evlərdən gedir. Yay mövsümü yaxınlaşdıqca belə evlərə maraq artır, bu da kirayə qiymətlərində daha çox hiss olunur. Xüsusilə Mərdəkan, Şüvəlan, Bilgəh, Zuğulba, Novxanı və son illərdə Nardaran istiqaməti daha çox seçilən ərazilər sırasındadır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Əmlak eksperti Firdovsi Xəlilov bildirir ki, ən bahalı təkliflər əsasən dənizə yaxın, hovuzlu və geniş bağ evləri üzrə formalaşır. Dənizdən uzaqlaşdıqca isə qiymətlər nisbətən aşağı düşür. Ekspertlərin sözlərinə görə, bu bahalaşma təkcə gündəlik tələbatla bağlı deyil. Bağ evlərinin kirayəsi əsasən mövsümi xarakter daşıyır. Sahibkar ilin böyük hissəsində evi ya boş saxlayır, ya da daha aşağı qiymətə təklif edir. Ona görə də yay aylarında qiymətlər kəskin artır. Bazarda marağı artıran başqa səbəblər də var. Vətəndaşların bir qismi uzunmüddətli xarici səfər əvəzinə, yay istirahətini Bakıətrafı bağ evlərində keçirməyə üstünlük verir. Beləliklə, yay mövsümü yaxınlaşdıqca Bakıətrafı bağ evləri bazarında seçim də, qiymət fərqi də artır. Dənizə yaxın evlər daha çox lüks istirahət axtaranlara hesablanır. Daha münasib qiymət istəyənlər isə dənizdən nisbətən uzaq qəsəbələrə üz tuturlar. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. Son xəbərlər Bank xəbərləri Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi! 18/05/2026 Ümumi iqtisadi xəbərlər Ən çox bahalaşan və ucuzlaşa tikinti materialları açıqlanıb – SİYAHI 18/05/2026 Ölkə daxili Kobaxidze Azərbaycana səfər edib 18/05/2026 Süni İntellekt (Aİ) Süni intellektin gizli mexanizmləri – effektivliyimizi necə artıra bilərik? 18/05/2026 Digər xəbərlər Bank xəbərləri Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi! 18/05/2026 Ümumi iqtisadi xəbərlər Ən çox bahalaşan və ucuzlaşa tikinti materialları açıqlanıb – SİYAHI 18/05/2026 Ölkə daxili Kobaxidze Azərbaycana səfər edib 18/05/2026 Süni İntellekt (Aİ) Süni intellektin gizli mexanizmləri – effektivliyimizi necə artıra bilərik? 18/05/2026