Bu il xarici investsiyalı şirkətlərin payı azlaraq 8%, yerli isə artaraq 92%-ə yüksəlib Ümumi iqtisadi xəbərlərYerli biznes xəbərləri 18/05/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ilin may ayının 1-nə respublika üzrə uçotda olan 1.705.276 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 5 faiz, hüquqi şəxslərin sayı 6,1 faiz artıb. May ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 208.315 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,7 faiz çoxdur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 2026-cı ilin aprel ayında 1.341 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 91,7 faizi yerli investisiyalı, 8,3 faizi isə xarici investisiyalı müəssisələrdir. Ötən ilin eyni dövründə xarici kapitallı müəssələrin payı 10,5% təşkil edirdi. 2026-cı ilin may ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət (MMC) formasında yaradılıb. Kommersiya qurumlarının 88,8 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – aprel aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,2 faiz təşkil edib. Son xəbərlər Menecement (təyinatlar) Avtomobil Yollarının Mühafizə Xidməti rəisi işdən çıxarıldı 18/05/2026 Biznes Reuters: ABŞ və İran münaqişəsi qlobal biznesə $25 milyard zərər vurub 18/05/2026 Bank xəbərləri Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi! 18/05/2026 Ümumi iqtisadi xəbərlər Ən çox bahalaşan və ucuzlaşa tikinti materialları açıqlanıb – SİYAHI 18/05/2026 Digər xəbərlər Menecement (təyinatlar) Avtomobil Yollarının Mühafizə Xidməti rəisi işdən çıxarıldı 18/05/2026 Biznes Reuters: ABŞ və İran münaqişəsi qlobal biznesə $25 milyard zərər vurub 18/05/2026 Bank xəbərləri Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi! 18/05/2026 Ümumi iqtisadi xəbərlər Ən çox bahalaşan və ucuzlaşa tikinti materialları açıqlanıb – SİYAHI 18/05/2026