Azərbaycanda minimum əməkhaqqı artırıla bilər Ölkə daxili 18/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası arasında Baş Kollektiv Saziş bağlanıb. Sənəd Azərbaycanın bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsaslanaraq 2026-2028-ci illər üçün sosial-iqtisadi və əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edir. Bəs sənədin əhəmiyyəti necə olacaq?⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məsələni iqtisadçı Eldəniz Əmirov Baku TV-yə bələ şərh edib: “Sözügedən sənəd əmək bazarında dövlətin, işçinin və işəgötürənin arasında bir institusional etimadın formalaşmasıdır. İşəgötürən baxımından, sahibkarlar üçün daha proqnozlaşdırılan bir əmək mühiti yaradır. İşçilər üçün sosial təminatın güclənməsinə xidmət edir”. Sənəddə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların əməkhaqlarının artırılması, xüsusilə əməkhaqları Vahid Tarif Cədvəli üzrə ödənilən işçilərin aylıq tarif maaşlarının artırılması istiqamətində tədbirlərin görülməsinin vacibliyi qeyd edilib. Hüquqşünas Sahib Məmmədov sözügedən sənədi əhəmiyyətli hesab etsə də, onun işləmə mexanizminin vacibliyi məsələsini vurğulayıb. TaglarAzərbaycan Həmkarlar İttifaqları KonfederasiyasıSahibkarlar Təşkilatlarının Milli Konfederasiyası Son xəbərlər İqtisadiyyat Çin iqtisadiyyatı “sərt” qlobal şəraitdə zəifləyir 18/05/2026 Digər xəbərlər “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib 18/05/2026 Yerli biznes xəbərləri “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür 18/05/2026 İnvestisiya Hindistan xərcləri azaltmaq və rupini dəstəkləmək üçün gümüş idxalını məhdudlaşdırır 18/05/2026 Digər xəbərlər İqtisadiyyat Çin iqtisadiyyatı “sərt” qlobal şəraitdə zəifləyir 18/05/2026 Digər xəbərlər “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib 18/05/2026 Yerli biznes xəbərləri “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür 18/05/2026 İnvestisiya Hindistan xərcləri azaltmaq və rupini dəstəkləmək üçün gümüş idxalını məhdudlaşdırır 18/05/2026