“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu Telekommunikasiya 18/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ® “Azeronline” rəqəmsal transformasiya və məlumat təhlükəsizliyi istiqamətində növbəti yeniliyi tətbiq edib. Şirkət provayderlər arasında ilk olaraq abunəçilərin şəxsi kabinetinə giriş imkanını “mygov ID” vahid giriş sistemi ilə inteqrasiya edib. Yeni inteqrasiya “Azeronline” müştərilərinə şəxsi kabinetə daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil olmaq imkanı yaradır. “mygov ID” üzərindən autentifikasiya şəxsi məlumatların qorunmasını gücləndirir, kənar müdaxilə risklərini minimuma endirir və xidmətlərdən istifadə prosesini sadələşdirir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu addım ölkədə rəqəmsal idarəetmə və vahid xidmət ekosisteminin inkişafı istiqamətində görülən işlərin davamıdır. Rəqəmsallaşmanın genişləndirilməsi, dövlət və xidmət platformalarının vahid sistem üzərindən əlçatanlığının artırılması istiqamətində müəyyən edilmiş hədəflər özəl sektorun da bu prosesə daha fəal inteqrasiyasını tələb edir. İnnovativ xidmət platformasının inkişafı çərçivəsində abunəçilər hazırda şəxsi kabinet vasitəsilə balans, tarif və ödənişlərini rahatlıqla idarə edə, internet sürətini ölçə bilirlər. İnternet sürəti və xidmət keyfiyyəti sahəsində ölkənin aparıcı provayderlərindən biri olan “Azeronline” yeni inteqrasiya ilə rəqəmsal xidmət imkanlarını daha da genişləndirir. Şirkət müasir texnoloji həllər və müştəriyönümlü yanaşma əsasında həm fərdi, həm də korporativ istifadəçilər üçün etibarlı internet xidmətləri təqdim etməyə davam edir. TaglarAzeronline Son xəbərlər Bank xəbərləri Rabitəbank Visa beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib 18/05/2026 Bank xəbərləri Rabitəbankdan daha bir yenilik! Elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek 18/05/2026 Biznes təhsil Təhsildə Keyfiyyət Təminatı Agentliyinin zərəri 84% artıb 18/05/2026 Yerli biznes xəbərləri Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat 18/05/2026 Digər xəbərlər Bank xəbərləri Rabitəbank Visa beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib 18/05/2026 Bank xəbərləri Rabitəbankdan daha bir yenilik! Elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek 18/05/2026 Biznes təhsil Təhsildə Keyfiyyət Təminatı Agentliyinin zərəri 84% artıb 18/05/2026 Yerli biznes xəbərləri Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat 18/05/2026