“Berkshire Hathaway”in yeni rəhbəri “Amazon” və “Visa” səhmlərini satıb İnvestisiya 18/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Berkshire Hathaway” şirkəti bu il qurucusu Uorren Baffeti əvəz edən yeni baş icraçı direktor Qreq Abel dövründə investisiya portfelində nəzərəçarpacaq dəyişikliklər edib. Birinci rübdə “Berkshire” portfelinə “Delta Air Lines” və “Macy’s” səhmlərini əlavə edib. Eyni zamanda şirkət “Amazon”, “Domino’s Pizza”, “Mastercard”, “Visa”, “UnitedHealth Group” və “Diageo” səhmlərindən çıxıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Şirkətin “U.S. Securities and Exchange Commission”a təqdim etdiyi materiallara əsasən, “Berkshire” “Delta Air” səhmlərinə 2,65 milyard dollar, “Macy’s” səhmlərinə isə 55 milyon dollar yatırıb. “Berkshire” həmçinin “Alphabet”dəki payını üç dəfədən çox artırıb. Birinci rübün sonunda şirkətin “Alphabet”dəki payı 16,6 milyard dollar təşkil edib və bu, portfeldə yeddinci ən böyük mövqe olub. Bundan əlavə, “The New York Times Company” səhmlərinə 844 milyon dollar yatırım etməklə bu şirkətdəki pay iki dəfə artırılıb. “Berkshire” eyni zamanda “Bank of America”dəki payını 0,7%, “Nucor”dakı payını 39%, “Constellation Brands”dəki payını 95,1%, “Chevron”dakı payını isə 35,2% azaldıb. “Pershing Square Capital Management” hedc-fondunun rəhbəri Bill Akman birinci rübdə “Microsoft” səhmlərinə 2,4 milyard dollar yatırıb və bu alışın maliyyələşdirilməsi üçün “Alphabet” səhmlərini satıb. Milyarder Daniel Loeba məxsus “Third Point LLC” isə əksinə, ötən rübdə “Microsoft” səhmlərindən çıxıb, lakin “Alphabet”də pay alıb. “Soros Fund Management” şirkəti isə yanvar-mart aylarında “Oracle”, “Coca-Cola”, “Netflix” və “Verizon” daxil olmaqla bir sıra şirkətlərin səhmlərini alıb. Xatırladaq ki, “Berkshire Hathaway” birinci rübdə xalis mənfəətini iki dəfədən çox, əməliyyat mənfəətini isə 18% artırıb. TaglarAmazonBerkshire Hathawayvisa Son xəbərlər İnvestisiya InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz 18/05/2026 Sığorta xəbərləri Yenə leysan baş verdi və evlərə zərər dəydi. Sığorta kimlərin zərərini ödəyəcək? 18/05/2026 Ölkə xarici ABŞ danışıqlar müddətində İran neftinə qarşı sanksiyaları dayandırmağa razılaşıb 18/05/2026 İnvestisiya JPMorgan Chase və ANZ 2026-cı il üçün qızılın qiyməti üzrə proqnozu aşağı salıb 18/05/2026 Digər xəbərlər İnvestisiya InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz 18/05/2026 Sığorta xəbərləri Yenə leysan baş verdi və evlərə zərər dəydi. Sığorta kimlərin zərərini ödəyəcək? 18/05/2026 Ölkə xarici ABŞ danışıqlar müddətində İran neftinə qarşı sanksiyaları dayandırmağa razılaşıb 18/05/2026 İnvestisiya JPMorgan Chase və ANZ 2026-cı il üçün qızılın qiyməti üzrə proqnozu aşağı salıb 18/05/2026