Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun protokolu təsdiqlənib Ümumi iqtisadi xəbərlər 18/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Mayın 18-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu sənədlə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi üzrə həyata keçirilmiş modernləşdirmə işlərinin tamamlanması və yekun qəbulu təsdiq edilib. Bu tədbir, həmçinin BTQ xəttinin effektiv idarəçiliyinin təmin edilməsi məqsədilə ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətləri tərəfindən yaradılmış “BTKI Railways” MMC birgə müəssisəsinin işə başlaması ilə əlamətdar olub. Modernləşdirmənin məqsədi BTQ-ni Orta Dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirmək və dəhlizin rəqabətqabiliyyətini artırmaqdır. Bu modernləşmə BTQ-ni Çin və Mərkəzi Asiyadan Avropaya uzanan ən qısa və çevik quru marşrutlardan biri kimi daha funksional edir. MənbəOXU.AZ TaglarAzərbaycan Dəmir YollarıAzərbaycan-GürcüstanBakı-Tbilisi-Qars dəmir yolu Son xəbərlər Ölkə xarici Bu ölkələrdə onlayn ödənişlər nağd pulu geridə qoyub 18/05/2026 Neft və Qaz Azərbaycanla Serbiya birlikdə qaz istehsal müəssisəsi istifadəyə verəcək 18/05/2026 Ölkə daxili Uşaqlar arasında enerji içkisi istehlakı artdı – İşə dövlət qarışdı 18/05/2026 Neft və Qaz ABŞ Rusiya neftinin tədarükü ilə bağlı güzəştlərin müddətini uzadır 18/05/2026 Digər xəbərlər Ölkə xarici Bu ölkələrdə onlayn ödənişlər nağd pulu geridə qoyub 18/05/2026 Neft və Qaz Azərbaycanla Serbiya birlikdə qaz istehsal müəssisəsi istifadəyə verəcək 18/05/2026 Ölkə daxili Uşaqlar arasında enerji içkisi istehlakı artdı – İşə dövlət qarışdı 18/05/2026 Neft və Qaz ABŞ Rusiya neftinin tədarükü ilə bağlı güzəştlərin müddətini uzadır 18/05/2026