Qarabağda “ağıllı şəhər” modeli əsasında bələdiyyələr formalaşdırılacaq Ölkə daxili 18/05/2026 Paylaş FacebookXWhatsAppTelegram İşğaldan azad olunmuş ərazilərdə yeni idarəetmə modelinin qurulması çərçivəsində gələcəkdə bələdiyyələrin fəaliyyəti də “ağıllı şəhər” konsepsiyası əsasında təşkil olunacaq. Bunu Prezident yanında İdarəçilik Akademiyasının müəllimi Xalidə Məlikova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Region Bələdiyyələrin Urbanizasiyası Forumu”nda deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində gələcəkdə bələdiyyə institutunun formalaşdırılması mühüm istiqamətlərdən biri hesab edilir. “Həmin ərazilərdə fəaliyyət göstərəcək bələdiyyələrin əsas məqsədi yerli əhalinin sosial problemlərinin həllinə dəstək olmaq, daha operativ və səmərəli xidmətlər təqdim etmək, infrastruktur layihələrini yeni formatda həyata keçirmək və bölgənin dayanıqlı inkişafını təmin etmək olacaq. İşğaldan azad olunmuş ərazilərdə tətbiq edilən “ağıllı şəhər” və “ağıllı kənd” yanaşmaları gələcək yerli idarəetmə modelinin formalaşmasına da təsir göstərəcək”. MənbəREPORT Taglarağıllı şəhərbələdiyyəqarabağ Son xəbərlər Ölkə xarici Bu ölkələrdə onlayn ödənişlər nağd pulu geridə qoyub 18/05/2026 Neft və Qaz Azərbaycanla Serbiya birlikdə qaz istehsal müəssisəsi istifadəyə verəcək 18/05/2026 Ölkə daxili Uşaqlar arasında enerji içkisi istehlakı artdı – İşə dövlət qarışdı 18/05/2026 Neft və Qaz ABŞ Rusiya neftinin tədarükü ilə bağlı güzəştlərin müddətini uzadır 18/05/2026 Digər xəbərlər Ölkə xarici Bu ölkələrdə onlayn ödənişlər nağd pulu geridə qoyub 18/05/2026 Neft və Qaz Azərbaycanla Serbiya birlikdə qaz istehsal müəssisəsi istifadəyə verəcək 18/05/2026 Ölkə daxili Uşaqlar arasında enerji içkisi istehlakı artdı – İşə dövlət qarışdı 18/05/2026 Neft və Qaz ABŞ Rusiya neftinin tədarükü ilə bağlı güzəştlərin müddətini uzadır 18/05/2026