Kredit təşkilatı “İrşad” 2025-ci ili də zərər edib Qeyri-bank kredit təşkilatları 19/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “İrşad”a yaxın olan “İrşad Bank Olmayan Kredit Təşkilatı” MMC-nin 2025-ci ildəki xalis zərəri əvvəlki illə müqayisədə 125% yüksələrək 68 min manatdan 153 min manata çatıb. Banker.az xəbər verir ki, zərərin kəskin artmasına səbəb əməliyyat xərclərinin 179% genişlənməsi olub – həmin xərclər 60 min manatdan 186 min manata yüksəlib. Faiz gəlirlərinin sıfırdan 36 min manata çıxması və faiz xərclərinin 8 min manatdan 4 min manata enməsi itkiləri kompensasiya edə bilməyib. BOKT-nin cəmi gəlirləri 2024-cü ildə sıfır olarkən, 2025-ci ildə 37 min manat təşkil edib. Ümumi xərclər isə 68 min manatdan 190 min manata və ya 179% artaraq gəlirləri 5 dəfə üstələyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Cəmi aktivlər 1 milyon 93 min manatdan 1 milyon 27 min manata və ya 6% azalıb. Şirkətin kredit portfeli (digər qısamüddətli aktivlər) həmin dövrdə 1 milyon 78 min manatdan 1 milyon manata – 7% geriləyib. Kredit portfelinin aktivlər içində payı 99%-dən 97%-ə düşüb. Cəmi öhdəliklər 163,2 min manatdan demək olar ki, sıfıra (0,01 manat) enib. Cəmi kapital 930,1 min manatdan 1 milyon 27 min manata və ya 10% artıb. Bölüşdürülməmiş mənfəət (yığılmış zərər) 70 min manat mənfidən 223 min manat mənfiyə – 219% genişlənib. Xatırladaq ki, “İrşad BOKT” 2023-cü ildə təsis edilib və 1 milyon 250 min manatdır. Şirkətin nizamnamə kapitalının 100%-i Rəşad Qəribov Əlif oğluna məxsusdur. Taglarİrşad Bank Olmayan Kredit Təşkilatıİrşad BOKT Son xəbərlər Sığorta xəbərləri PAŞA Həyat Chenot Palace Gabala ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir 19/05/2026 Analitika Elektromobillərdən robotlara: Xpeng rəhbərinin cəsarətli planı 19/05/2026 Yerli biznes xəbərləri Xaricdən gətirilən buğdanın dəyəri 100 milyon dollara yaxınlaşır 19/05/2026 İqtisadiyyat Azərbaycanla Gürcüstan arasında “Qərb Marşrutu İxrac Boru Kəməri” ilə bağlı sənəd imzalanıb 19/05/2026 Digər xəbərlər Sığorta xəbərləri PAŞA Həyat Chenot Palace Gabala ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir 19/05/2026 Analitika Elektromobillərdən robotlara: Xpeng rəhbərinin cəsarətli planı 19/05/2026 Yerli biznes xəbərləri Xaricdən gətirilən buğdanın dəyəri 100 milyon dollara yaxınlaşır 19/05/2026 İqtisadiyyat Azərbaycanla Gürcüstan arasında “Qərb Marşrutu İxrac Boru Kəməri” ilə bağlı sənəd imzalanıb 19/05/2026