Balıq məhsullarına ƏDV yeni qaydada hesablanacaq Vergi xəbərləri 19/05/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklər biri də balıq və balıq məhsullarının satışı zamanı ƏDV-nin hesablanması ilə bağlıdır. Yeniliyi “Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə qrup rəhbəri Təbriz Məmmədli şərh edir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 2026-cı ildən balıq və balıq məhsulları ilə bağlı Vergi Məcəlləsində dəyişiklik edilib. Artıq balıqçılıq fəaliyyəti (balıq kürüsünün istehsalı və emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisna olmaqla) kənd təsərrüfatı fəaliyyəti kimi qəbul olunur. Eyni zamanda, kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları da kənd təsərrüfatı məhsullarına bərabər tutulur. Bu isə həmin sahədə fəaliyyət göstərən sahibkarlar üçün ƏDV üzrə müəyyən güzəşt fürsətləri yaradır. Bildiyimiz kimi, Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri məhsulların satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 13 il müddətinə ƏDV-dən azad edilib. Balıqçılıq fəaliyyəti də 2026-cı ildən kənd təsərrüfatı fəaliyyətinə aid edildiyi üçün həmin istehsalçılar tərəfindən istehsal olunan balıq məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilib. Misal 1: “Farel” MMC balıq məhsullarının istehsalı ilə məşğul olan təsərrüfat subyektidir. Müəssisənin istehsal etdiyi balıq məhsullarının satışı üzrə 2025-ci ildə 10.000 manat, 2026-cı ildə isə 20.000 manat dövriyyəsi olub. Qeyd olunan illər üzrə ƏDV məbləğini hesablayaq: 2025-ci il üzrə: 10.000 x 18% = 1.800 manat; 2026-cı il üzrə: ƏDV-dən azaddır. Vergi Məcəlləsində edilmiş dəyişikiliklərlə vergi güzəştlərindən biri də Məcəllənin 153.3-cü maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli (xarici mənşəli balıq məhsulları istisna olmaqla)) topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanmasıdır. Balıq məhsullarının satışı zamanı ƏDV satış qiymətindən deyil, ticarət əlavəsindən, yəni satış qiyməti ilə alış qiyməti arasındakı fərqdən hesablanacaq. Lakin bir məqamı unutmayaq ki, qeyd edilən güzəşt kənd təsərrüfatı məhsullarının alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və həmin bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı isə müvafiq olaraq elektron qaimə-faktura və nəzarət-kassa aparatının çeki ilə rəsmiləşdirildiyi halda tətbiq edilir. Məhsulların alışı və ya satışı bu qaydada rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanacaq. Misal 2: “Çupra” MMC balıq məhsullarının topdan satışı ilə məşğul olan təsərrüfat subyektidir. 2026-cı ilin yanvar ayı ərzində 10.000 manat dəyərində balıq məhsullarını elektron qaimə-faktura əsasında digər təsərrüfat subyektindən əldə edərək 12.000 manata elektron qaimə-faktura əsasında alıcıya satıb. Bu zaman yanvar ayı üzrə ƏDV aşağıdakı qaydada hesablanacaq: Ticarət əlavəsi – 12.000 – 10.000 = 2.000 manat; ƏDV məbləği – 2.000 x 18% = 360 manat. Lakin alış və ya satış qüvvədə olan qanunvericiliyə uyğun aparılmadığı halda, ƏDV aşağıdakı qaydada hesablanacaq: ƏDV = 12.000 x 18% = 2.160 manat. Mənbəvergiler.az Taglarbalıq məhsullarıƏDV Son xəbərlər Valyuta Bloomberg: Rusiya rublu dünyanın ən güclü valyutası olub 19/05/2026 Bank xəbərləri Yelo Bank-ın dəstəyi ilə “Şəhərin səsi” mədəni proqramı baş tutub 19/05/2026 Bank xəbərləri “Ziraat Bank Azərbaycan” investisiya portfelini ABŞ və beynəlxalq istiqrazlara yönəldib 19/05/2026 Ölkə daxili Bu il Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köç olacaq 19/05/2026 Digər xəbərlər Valyuta Bloomberg: Rusiya rublu dünyanın ən güclü valyutası olub 19/05/2026 Bank xəbərləri Yelo Bank-ın dəstəyi ilə “Şəhərin səsi” mədəni proqramı baş tutub 19/05/2026 Bank xəbərləri “Ziraat Bank Azərbaycan” investisiya portfelini ABŞ və beynəlxalq istiqrazlara yönəldib 19/05/2026 Ölkə daxili Bu il Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köç olacaq 19/05/2026