“Ziraat Bank Azərbaycan” investisiya portfelini ABŞ və beynəlxalq istiqrazlara yönəldib Bank xəbərləriİnvestisiya 19/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Ziraat Bank Azərbaycan” ASC 2025-ci ildə investisiya portfelinin strukturunu dəyişərək Türkiyə və regional emitentlərin istiqrazlarından daha çox ABŞ dolları ilə nominallaşan beynəlxalq maliyyə institutları və Qərb banklarının qiymətli kağızlarına üstünlük verib. Banker.az xəbər verir ki, bank ötən il portfeldə yer alan bir sıra Türkiyə şirkətlərinin və maliyyə institutlarının istiqrazlarını azaldaraq və ya tam çıxararaq vəsaiti daha iri beynəlxalq emitentlərə yönəldib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Ziraat Bank Azərbaycan” ASC-nin investisiya qiymətli kağızları portfeli 2025-ci ildə 49.3% artaraq 99.7 mln. manata çatıb. Bankın portfeli 2024-cü ildə 66.8 mln. manat olmuşdu. Artım əsasən xarici valyutada olan istiqraz investisiyalarının genişlənməsi hesabına baş verib. Bank ilk dəfə olaraq ABŞ dollarında buraxılan “Cənub Qaz Dəhlizi” QSC-nin 34.7 mln. manat ekvivalentində istiqrazlarına, Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) 28.7 mln. manatlıq və “Barclays PLC”nin 8.6 mln. manatlıq istiqrazlarına yatırım edib. Portfeldə həmçinin “JP Morgan Chase” bankının 6.9 mln. manatlıq, Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyinin 6.9 mln. manatlıq istiqrazları yer alıb. SOCAR istiqrazlarına investisiya isə illik müqayisədə 11 dəfə artaraq 5.6 mln. manata yüksəlib. Bununla yanaşı, bank əvvəlki ildə portfeldə yer alan Asiya İnkişaf Bankının 24.8 mln. manatlıq istiqrazlarını, eləcə də “SOCAR Polymer Investments”, “Turkcell”, “Turkiye Vakiflar Bankasi” və “Turk Telekomunikasyon” istiqrazlarını portfeldən çıxarıb. Bankın borc qiymətli kağızları portfeli 97.5 mln. manat təşkil edib. Kapital qiymətli kağızları isə 2.3 mln. manat olub. TaglarZiraat Bank Azərbaycan Son xəbərlər Valyuta Bloomberg: Rusiya rublu dünyanın ən güclü valyutası olub 19/05/2026 Bank xəbərləri Yelo Bank-ın dəstəyi ilə “Şəhərin səsi” mədəni proqramı baş tutub 19/05/2026 Vergi xəbərləri Balıq məhsullarına ƏDV yeni qaydada hesablanacaq 19/05/2026 Ölkə daxili Bu il Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köç olacaq 19/05/2026 Digər xəbərlər Valyuta Bloomberg: Rusiya rublu dünyanın ən güclü valyutası olub 19/05/2026 Bank xəbərləri Yelo Bank-ın dəstəyi ilə “Şəhərin səsi” mədəni proqramı baş tutub 19/05/2026 Vergi xəbərləri Balıq məhsullarına ƏDV yeni qaydada hesablanacaq 19/05/2026 Ölkə daxili Bu il Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köç olacaq 19/05/2026