InvestAZ “Müasir yatırım imkanları” mövzusunda Master Klass keçirib İnvestisiya 19/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®ADPU Quba filialında tələbələrin maliyyə savadlılığı istiqamətində praktiki biliklərinin artırılması və maliyyə bazarları ilə yaxından tanışlığı məqsədilə “Müasir yatırım imkanları” mövzusunda genişmiqyaslı Master Klass təşkil olunub. Tədbir iqtisadiyyatın müasir trendlərini izləmək və gənc mütəxəssislərin maliyyə savadlılığını yüksəltmək baxımından böyük maraqla qarşılanıb. Tədbiri tədris müdiri Yusif Abayev açaraq sənaye nümayəndələri ilə keçirilən görüşlərin tələbələrdə praktik vərdişlər formalaşması istiqamətində faydasını qeyd etdi.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Master Klass çərçivəsində ilk olaraq “InvestAZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analitika departamentinin baş mütəxəssisi, PhD Rövşən Məmmədov çıxış edib. O, “Birjada qiymətin dəyişməsindən necə qazanmaq olar?” mövzusuna toxunaraq, maliyyə bazarlarının təkcə artım deyil, həm də eniş trendlərində təqdim etdiyi imkanları izah edib. R.Məmmədov risklərin idarə olunması, müasir investisiya strategiyaları və birja əməliyyatlarının texniki-fundamental əsasları barədə ətraflı məlumat verərək, real bazar nümunələri ilə fikirlərini əsaslandırıb. Daha sonra “InvestAZ İnvestisiya Şirkəti” QSC-nin mütəxəssizi Rəşad Mustafayev “Rəqəmsal aktivlər: kriptovalyutanın iqtisadi və texnoloji əsasları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda rəqəmsal aktivlərin iqtisadi mahiyyəti, blokçeyn texnologiyasının yaratdığı yeni perspektivlər və kriptovalyuta bazarının özünəməxsus xüsusiyyətləri vurğulanıb. R.Mustafayev bu sahədə mövcud olan texnoloji yanaşmalar və qlobal iqtisadiyyata təsirləri barədə iştirakçıları məlumatlandırıb. Məruzələr başa çatdıqdan sonra tədbir sual-cavab formatında davam edib. Tələbələr və müəllim heyəti tərəfindən ünvanlanan müasir maliyyə alətləri, investisiya riskləri və rəqəmsal iqtisadiyyatın gələcəyi ilə bağlı suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb. Taglarinvestaz Son xəbərlər Nəqliyyat Bakı–Tbilisi–Bakı sərnişin qatarına bilet satışı haqqında yaxın saatlarda məlumat veriləcək 19/05/2026 Valyuta Bloomberg: Rusiya rublu dünyanın ən güclü valyutası olub 19/05/2026 Bank xəbərləri Yelo Bank-ın dəstəyi ilə “Şəhərin səsi” mədəni proqramı baş tutub 19/05/2026 Vergi xəbərləri Balıq məhsullarına ƏDV yeni qaydada hesablanacaq 19/05/2026 Digər xəbərlər Nəqliyyat Bakı–Tbilisi–Bakı sərnişin qatarına bilet satışı haqqında yaxın saatlarda məlumat veriləcək 19/05/2026 Valyuta Bloomberg: Rusiya rublu dünyanın ən güclü valyutası olub 19/05/2026 Bank xəbərləri Yelo Bank-ın dəstəyi ilə “Şəhərin səsi” mədəni proqramı baş tutub 19/05/2026 Vergi xəbərləri Balıq məhsullarına ƏDV yeni qaydada hesablanacaq 19/05/2026