Yelo Bank-ın dəstəyi ilə “Şəhərin səsi” mədəni proqramı baş tutub Bank xəbərləri 19/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Baku Urban Week çərçivəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində “Şəhərin səsi” adlı xüsusi mədəni proqram keçirilib. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) doğru mühüm addım olan bu layihə, Yelo Bank-ın, eləcə də digər tərəfdaşların dəstəyi, “Torpağın Səsi” və Atəşhub-un təşkilatçılığı ilə reallaşıb. Tədbir urbanistika, elektron musiqi, rəqəmsal incəsənət və kino irsini bir araya gətirərək şəhəri sadəcə binalar və küçələr kimi deyil, canlı bir ritm və yaddaş kimi yenidən kəşf etmək ideyası ətrafında qurulub. Bir gecəlik müasir art-məkana çevrilən tarixi kinostudiyada qonaqlar üçün “Azərbaycanfilm”in tarixinə eksklüziv ekskursiya təşkil olunub. Gecə boyu təqdim olunan rəqəmsal proyeksiyalar, canlı ‘video mapping’ şouları, xüsusi mural konsepti və tanınmış DJ-lərin elektron musiqi çıxışları Bakının çoxqatlı mədəni kimliyini fərqli bir estetika ilə nümayiş etdirib. Tədbirə qatılan beynəlxalq təşkilatların, biznes və sənət dünyasının nümayəndələri müasir urbanist gündəliyin inkişafına öz dəstəklərini nümayiş etdiriblər. Yelo Bank innovativ ideyaları, yaradıcı iqtisadiyyatı və şəhər mədəniyyətinin müasir transformasiyasını dəstəkləməkdən qürur duyur. Bank gələcəyə yönəlmiş bu cür qlobal və kreativ layihələrin etibarlı tərəfdaşı olmağa davam edəcək. Sərfəli online kredit axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin. Yelo Bank – Parlaq bankçılıq! TaglarŞəhərin səsiYelo Bank Son xəbərlər Nəqliyyat Bakı–Tbilisi–Bakı sərnişin qatarına bilet satışı haqqında yaxın saatlarda məlumat veriləcək 19/05/2026 İnvestisiya InvestAZ “Müasir yatırım imkanları” mövzusunda Master Klass keçirib 19/05/2026 Valyuta Bloomberg: Rusiya rublu dünyanın ən güclü valyutası olub 19/05/2026 Vergi xəbərləri Balıq məhsullarına ƏDV yeni qaydada hesablanacaq 19/05/2026 Digər xəbərlər Nəqliyyat Bakı–Tbilisi–Bakı sərnişin qatarına bilet satışı haqqında yaxın saatlarda məlumat veriləcək 19/05/2026 İnvestisiya InvestAZ “Müasir yatırım imkanları” mövzusunda Master Klass keçirib 19/05/2026 Valyuta Bloomberg: Rusiya rublu dünyanın ən güclü valyutası olub 19/05/2026 Vergi xəbərləri Balıq məhsullarına ƏDV yeni qaydada hesablanacaq 19/05/2026