Tailand 60 günlük vizasız girişi ləğv etdi Turizm 19/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Tailand ölkəyə 60 günlük vizasız giriş rejimini ləğv edərək əvvəlki 30 günlük vizasız rejimi tətbiq edib. Bu barədə yerli “Khaosod” qəzeti yazıb. Yaxın vaxtlarda Tailand hökuməti bununla bağlı aidiyyəti qurumları məlumatlandıracaq. Nəşrin yazdığına görə, vizalar üzrə komitə təhlükəsizlik və iqtisadi aspektlər baxımından hansı viza növünün daha uyğun olduğunu müəyyən etmək üçün hər bir ölkəyə ayrıca baxacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu barədə 12 may tarixində Tailandın xarici işlər naziri Sihasak Phuanqketkeou də danışmışdı. Nazir bildirib ki, 60 gün çox uzun müddətdir və turist olmayan bəzi şəxslər vizasız rejimdən qanunsuz məqsədlərlə istifadə edirlər. O vurğulayıb ki, qərar hər hansı konkret milləti hədəf almır. 17 mart 2025-ci ildə də Tailand hakimiyyəti vizasız qalma müddətini azaltmaq qərarı qəbul etmişdi. Lakin artıq 2025-ci ilin iyulunda əvvəlki qaydaların saxlanılacağı açıqlanmışdı. 2024-cü ilin iyulunda 93 ölkənin vətəndaşları üçün vizasız qalma müddəti 60 gün müəyyən edilmişdi. Bundan əvvəl Rusiya vətəndaşları ölkədə vizasız 90 gün qala bilirdilər. Əgər səfər 60 gündən artıq planlaşdırılırsa, turist vizası rəsmiləşdirmək tələb olunur. TaglarTailandvizasız rejim Son xəbərlər Menecement (təyinatlar) Azərbaycanın Britaniyadakı səfirliyinə təhsil müşaviri təyin edilib 19/05/2026 Yerli biznes xəbərləri “TVM İnşaat” kapitalını daha 1.2 milyon manat azaldır 19/05/2026 Bank xəbərləri Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın 19/05/2026 Ölkə daxili Rəşad Nəbiyev: Bakı “20 dəqiqəlik şəhər” modelinə keçir 19/05/2026 Digər xəbərlər Menecement (təyinatlar) Azərbaycanın Britaniyadakı səfirliyinə təhsil müşaviri təyin edilib 19/05/2026 Yerli biznes xəbərləri “TVM İnşaat” kapitalını daha 1.2 milyon manat azaldır 19/05/2026 Bank xəbərləri Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın 19/05/2026 Ölkə daxili Rəşad Nəbiyev: Bakı “20 dəqiqəlik şəhər” modelinə keçir 19/05/2026