“Azərenerji”: 2028-ci ilə qədər 2 giqavatlıq bərpa olunan enerji gücü şəbəkəyə inteqrasiya olunacaq Energetika 19/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Enerji layihələrinin inkişafı vaxt tələb edir. Ona görə də qabaqlayıcı addımlar atmalıyıq. Banker.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Azərbaycan enerjisisteminin rəqəmsal idarəetmə arxitekturası” tədbirində “Azərenerji” ASC-nin sədr müavini Rüstəm Qasımov deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə O qeyd edib ki, CO₂ emissiyalarının azaldılması həm Azərenerjinin, həm də Azərbaycan hökumətinin əsas hədəflərindən biridir: “Ümumilikdə, 2020-ci ildən etibarən iki qaz turbini, bir buxar turbini olmaqla, ümumi gücü 525 meqavat olan yeni elektrik stansiyasının tikintisi artıq reallığa çevrilib. Bundan əlavə, biz bunu hidroenerji ilə birləşdirəcəyik ki yaşıl enerjinin balansını qoruyaq və daha da inkişaf etdirək”. O bildirib ki, bərpa olunan enerji və enerji saxlama sistemləri mövzusu sistem operatorları üçün kifayət qədər çətin sahədir: “Çünki ölkənin yaşıl enerji, bərpa olunan enerji üzrə öhdəlikləri var. Xüsusilə də ötən il Azərbaycanda keçirilmiş COP29dan sonra bu məsələ daha böyük öhdəliyə çevrilib. Azərbaycan bu istiqamətdə Avropada, dünyada ən sürətli inkişaf edən ölkələrdən biridir. 2028-ci ilə qədər təxminən 1910 meqavat, mövcud 2 giqavatlıq bərpa olunan enerji gücü ilə birlikdə şəbəkəyə inteqrasiya olunacaq. Bu, olduqca çətin texniki prosesdir. Buna uyğunlaşmaq üçün Azərbaycanda tamamilə yeni texnologiya tətbiq etdik, yəni batareya enerji saxlama sistemləri. Bu ilin aprel və may aylarında Prezident İlham Əliyevin iştirakı ilə iki böyük batareya saxlama sisteminin açılışı baş tutdu. Beləliklə, 2028-ci ilə qədər 2 giqavatlıq bərpa olunan enerji gücü şəbəkəyə mütləq inteqrasiya olunacaq”. TaglarAzərenerji Son xəbərlər Menecement (təyinatlar) Azərbaycanın Britaniyadakı səfirliyinə təhsil müşaviri təyin edilib 19/05/2026 Yerli biznes xəbərləri “TVM İnşaat” kapitalını daha 1.2 milyon manat azaldır 19/05/2026 Bank xəbərləri Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın 19/05/2026 Turizm Tailand 60 günlük vizasız girişi ləğv etdi 19/05/2026 Digər xəbərlər Menecement (təyinatlar) Azərbaycanın Britaniyadakı səfirliyinə təhsil müşaviri təyin edilib 19/05/2026 Yerli biznes xəbərləri “TVM İnşaat” kapitalını daha 1.2 milyon manat azaldır 19/05/2026 Bank xəbərləri Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın 19/05/2026 Turizm Tailand 60 günlük vizasız girişi ləğv etdi 19/05/2026